• $
  • €
  • ₽
  • ₺
  • £

Avropanın ən yaxşı 10 kapitanı

Avropanın ən yaxşı 10 kapitanı
27.12.2014 19:38
Avropa aparıcı futbol klublarının ən yaxşı kapitanları müəyyənləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, siyahıda 10 futbolçu yer alıb.

Bunlardan Stiven Cerard, Françesko Totti, İker Kasilyas və Con Terri hələ də kapitanları olduqları komandalarında karyeralarını davam etdirir.

Paulo Maldini, Karles Puyol, Xavyer Zanetti və Oliver Kan kimi futbolçular isə artıq karyeralarını başa vurublar.

 
1. Stiven Cerard (İngiltərə) - "Liverpul"un canlı əfsanəsi olan Cerard 1998-ci ildən çıxış etdiyi komandanın heyətində 488 oyun keçirib və 114 dəfə rəqib qapılarına yol tapıb.

2. Françesko Totti (İtaliya) - 1992-ci ildən "Roma"da çıxış edən Totti paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 572 matçda 237 qola imza atıb.

3. İker Kasilyas (İspaniya) - 1999-cu ildən "Real"ın əsas komandasında çıxış edən Kasilyas 491 görüşdə "kral klubu"nun çərçivəsini qoruyub.

4. Con Terri (İngiltərə) -  1998-ci ildən "Çelsi"də çıxış edən təcrübəli müdafiəçi keçirdiyi 431 oyunda 35 qolla yadda qalıb.

5. Alessandro del Pyero (İtaliya) - 1993-2012-ci illərdə "Yuventus"un kapitanı olan del Pyero meydana çıxdığı 513 oyunda 208 qol vurub.

6. Raul Qonzales (İspaniya) - 1994-2010-cu illərdə "Real" (Madrid) klubunun şərəfini qoruyan Raul keçirdiyi 550 oyunda 228 dəfə rəqib qapılarına yol tapıb.

7. Paulo Maldini (İtaliya) - Karyerası ərzində yalnız "Milan"ın şərəfini qoruyan (1985-2009) Maldini 647 oyunda 29 qol vurub.

8. Karles Puyol (İspaniya) - 1999-2014-cü illərdə "Barselona"nın kapitanı olan Puyol meydana çıxdığı 392 görüşdə 12 dəfə rəqib qapılarına yol tapıb.

9. Xavyer Zanetti  (Argentina) - 1995-2014-cü illərdə "İnter"in şərəfini qoruyan Zanetti keçirdiyi 615 oyunda 12 qola imza atıb.

10. Oliver Kan (Almaniya) - 1194-2008-ci illərdə "Bavariya"nın qapısını qoruyan Kann Münhen təmsilçisinin heyətində 429 rəsmi görüşdə iştirak edib.
 
ANN.Az
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol