Bakıda ABŞ səfirliyinin əməkdaşı qəza törətdi - Ölən var

ABŞ-ın Azərbaycandakı səfirliyinin avtomobili Bakıda qəza törədib.
Report-un yaydığı xəbərə görə, səfirliyə məxsus "Chevrolet” markalı avtomobil motosikletlə toqquşub.
Hadisə nəticəsində motosikletdə olan bir nəfər ölüb, digəri yaralanıb. Onların şəxsiyyəti hələ ki, məlum deyil.
Qəza ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında (Azadlıq prospekti-111) baş verib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov APA-ya deyib ki, hadisə iki motoskletin bir-biri ilə ötüşməsi nəticəsində baş verib: "Əvvəlcə motoskletlər bir-biri ilə toqquşub, onlardan biri zərbədən idarəetməni itirib və maşına çırpılıb, digəri isə hadisə yerindən qaçıb".
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.
APA-nın xəbərinə görə, məlumatda qeyd olunub ki, Nəsimi rayonu ərazisində "Chevrolet” markalı minik avtomobili və "Zontes” markalı motosiklet toqquşub. Nəticədə motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Abdullayeva Nərmin Rasim qızı motosikletdən yıxılaraq avtomobilin altına düşüb, sıxılmış vəziyyətdə qalıb.
N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılıb.
ANN.Az