• $
  • €
  • ₽
  • ₺
  • £

“Azadlıq” radiosunun işçiləri Baş Prokurorluğa aparıldı

“Azadlıq” radiosunun işçiləri Baş Prokurorluğa aparıldı
29.12.2014 09:50
Dekabrın 28-də səhər tezdən başlayaraq "Azadlıq” radiosunun Bakı bürosunun demək olar ki, bütün əməkdaşlarının evinə polis və mülki geyimlilər gəlib.
 
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, öncə polis idarələri, sonra da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsinin İstintaq İdarəsinə aparılan "Azadlıq”ın 20-yə yaxın əməkdaşı axşam saatlarınadək dindirilib.

Jurnalistlərdən ifadələri ilə bağlı istintaq sirrini yaymama haqda iltizam alınıb. Ümumi olaraq verilən suallar sırf olaraq radio əməkdaşlarının peşə fəaliyyəti ilə bağlı olub.

Daha öncə jurnalistlərin bazar ertəsi səhər tezdən idarədə vəkillə ifadə verməsi haqda razılığa gəlinmişdi. "Azadlıq” radiosunun vəkili Yalçın İmanov da baş prokurorun 1-ci müavini Rüstəm Usubovun qərarı ilə şahid qismində istintaqa cəlb edilib və işdən uzaqlaşdırlıb deyə, faktiki olaraq radionun əməkdaşları vəkil müdafiəsindən gözlənilmədən məhrum ediliblər.

Dekabrın 26-da Baş Prokurorluğun əıməkdaşları ”Azadlıq” radiosunun Bakı ofisində yoxlama aparıblar. Prokurorluğun əməkdaşları radionun Bakı bürosundan radionun sənədlərini, möhür və blanklarını götürüblər. Daha sonra isə ofisin qapısı möhürlənib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol