• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşacaq

Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşacaq
29.12.2014 15:43
Azərbaycanda spirtli içki və tütün məmulatlarına tətbiq olunan aksiz dərəcələrinin artırılması təklif olunur.

ANN.Az APA-ya istinadən xəbər verir ki, vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Onun sözlərinə görə, sənəddə aksizli mallarının siyahısının genişləndirilməsi və aksiz dərəcələrinin dəyişdirilməsi təklif olunur: "2004-cü ildən Azərbaycanda aksiz dərəcələrinin əsasən dəyişməz qaldığı bir şəraitdə tələb və təklif, o cümlədən digər amillərin təsiri ilə aksizli malların qiymətlərində dəyişikliklər müşahidə olunur. Beynəlxalq təcrübədə geniş istifadə olunan aksiz dərəcələrinin indeksasiyası ilə əlaqədar Azərbaycanda istehsal olunan içməli spirt, spirtli içkilərin bütün növlərinə (şərab istisna olmaqla), idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.

Layihəyə əsasən istehsal olunan tütün məmulatlarına tətbiq olunan aksiz dərəcəsinin azalan qaydada hesablanmasından nisbi qaydada hesablanmasına keçirilməsi nəzərdə tutulur. Hazırda tütün və tütün məmulatlarına tətbiq olunan aksiz onların topdansatış qiymətinin hesablandığı halda təklif olunan dəyişikliyə əsasən siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar), tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri üçün yeni spesifik aksiz dərəcələri nəzərdə tutulur”.

Dəyişiklik qəbul edilsə, içməli spirt ( o cümlədən tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə aksiz dərəcəsi 0,8 manatdan 2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə 0,5 manatdan 2 manata, konyak və konyak materiallarının hər litrinə 0,2 manatdan 6 manata, şampan şərabının hər litrinə 0,2 manatdan 2,5 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli-digər içkilərin hər litrinə 0,08 manatdan 0,2 manata qədər artırılacaq.

Bundan başqa, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 1000 ədədinə 10 manat, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 4 manat aksiz dərəcəsinin tətbiqi təklif olunur.

Nazir müavini bildirib ki, bu dəyişikliklər Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmasına, idxal olunan və daxildə istehsal olunan tütün məmulatlarına aksizin tətbiqi mexanizminin eyniləşdirməsinə imkan verəcək.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol