• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana maşın gətirənlərin nəzərinə: rüsumlar artırılır

Azərbaycana maşın gətirənlərin nəzərinə: rüsumlar artırılır
29.12.2014 16:12
Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, Vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, ölkəyə idxal olunan minik avtomobillərində mühərrikin həcmi 2000 sm³-dək olduqda, mühərrikin həcminin hər sm³-ə görə 0,15 manatdan 0,20 manata qədər artırılacaq. Əgər indi mühərrikin həcmi 3000 sm³-ə qədər olduqda mühərrikin həcminin hər sm³-ə görə 300 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1 manat aksiz dərəcəsi tətbiq olunurdusa, dəyişiklik qəbul olunduqdan sonra belə avtomobillər üçün 400 manat və əlavə olaraq 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1,5 manat aksiz dərəcəsi ödəniləcək. Bundan başqa, hazırda mühərrikin həcmi 4000 sm³-dək olduqda aksiz dərəcəsi 1300 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 2 manat təşkil edirsə, qanun layihəsi təsdiqlənəndən sonra aksiz dərəcəsi müvafiq olaraq 1900 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 4 manat olacaq. Hazırda qüvvədə olan qanunda mühərrikin həcmi 4000 sm³-dən çox olduqda bəndinin əvəzində yeni qanun layihəsinə iki bənd - mühərrikin həcmi 5000 sm³-dək olduqda və 5000 sm³-dən çox olduqda əlavə edilib. Belə ki, dəyişiklik məqbul sayılsa, aksiz dərəcəsi mühərrikin həcmi 5000 sm³-dək olduqda 5900 manat və əlavə olaraq 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə 8 manat, mühərrikin həcmi 5000 sm³-dən çox olduqda 13900 manat və əlavə olaraq 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə 10 manat təşkil edəcək. İndi istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər  üçün nəzərdə tutulan digər üzən vasitələrdə mühərrikin həcminin hər sm³-ə görə aksiz dərəcəsi 1 manatdırsa, dəyişiklikdən sonra bu kateqoriya üzrə aksiz dərəcəsi 3 manat olacaq.

ANN.Az      
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol