• $
  • €
  • ₽
  • ₺
  • £

“Azadlıq radiosu” çirkli pulların yuyulmasında və mənimsənilməsində şübhəli bilinir

“Azadlıq radiosu” çirkli pulların yuyulmasında və mənimsənilməsində şübhəli bilinir
29.12.2014 17:28
Bir sıra qeyri-hökumət təşkilatlarının cinayət işinin araşdırılması çərçivəsində "Azadlıq radiosu”na xaricdən külli miqdarda pulun daxil olması barədə məlumat daxil olub.

APA-nın xəbərinə görə, bu barədə "İnterfaks-Azərbaycan” agentliyinə istintaqa yaxın mənbədən məlumat verilib.
 
Məlumata əsasən, 2010-cu ildə radionun hesabına 760 min dollardan, 2011-ci ildə 570 min dollardan, 2012-ci ildə 700 min dollardan, 2013-cü ildə 780 min dollardan, 2014-cü ildə isə 730 min dollardan çox vəsait daxil olub.
 
Alınmış məlumatla əlaqədar olaraq məhkəmənin qərarı ilə bu il dekabrın 20-də "Azadlıq radiosu”nun hesabına həbs qoyulub, dekabrın 26-da radionun yerləşdiyi binada axtarış aparılıb, sənəd və avadanlıqların siyahısı çıxarılıb. Məkan möhürlənib və mühafizə altına alınıb.
 
"Azadlıq radiosu”nun fəaliyyəti ilə bağlı bir sıra şahidlər dindirilib. Onlardan biri, Şahvələd Namazov öz ifadəsində bildirib ki, o, "Fərqli düşüncə” qəzetinin təsisçisidir. Qəzet 2009-cu ildə "Aazadlıq radiosu”nun saytında yayılan materialların dərc edilməsi məqsədi ilə yaradılıb. Müqaviləyə görə, "Azadlıq radiosu” qəzetin hər nömrəsinə görə onun bankdakı hesabına 900 manat, 2011-ci ilin oktybar ayının sonundan etibarən 1300 manat köçürməyə başlayıb. Qəzet həftəlik qəzet olub və bəzən ayda 1-2 dəfə işıq üzü görüb. Qəzet 2014-cü ilin may ayına qədər dərc edilib və pulsuz paylanılıb.
 
"Hazrda "Azadlıq radiosu”nun fəaliyyəti araşdırılır və istintaq zamanı artıq bir necə ciddi qanun pozuntusu faktı aşkarlanıb. İstintaq orqanları radionun çirkli pulların yuyulmasında iştirak etməsindən və bu pulların bir hissəsini mənimsəməsindən şübhələnir”,- deyə mənbə qeyd edib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol