• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı kriminal avtoritet Rusiyada qiyam qaldırdı - VİDEO

Azərbaycanlı kriminal avtoritet Rusiyada qiyam qaldırdı - VİDEO
02.01.2015 16:06
İlqar Əliyev ötən ilin aprelində Moskvada keçirilən "oğru toplantısı” zamanı həbs edilib

37 yaşlı azərbaycanlı "qanuni oğru” İlqar Əliyev dekabrın sonlarında Rusiyanın Balaşovo şəhərindəki həbsxanaya köçürülüb. Buna səbəb onun əvvəl saxlandığı "zon”da qiyam qaldırması, türmə rəhbərliyinə ciddi problemlər yaratmaq istəməsi olub. 

Virtualaz.org-un məlumatina görə, İlqar Əliyevi sərt rejimli Balaşovo türməsinə Çeboksarı şəhərindəki 4 saylı islah düşərgəsindən köçürüblər. Əliyev Çeboksarı türməsində iki aydan da az müddətdə saxlanıb, lakin orada həbsxana rəhbərliyinə ciddi başğarısı olub.

Məlumata görə, Çeboksarı düşərgəsində qaydaları dəyişmək cəhdləri yeməkxanadakı vəziyyətdən narazılıqdan başlayıb. Məhbuslar bütün kateqoriyadan olan məhkumların ümumi qab-qacaqdan və digər məişət avadanlıqlarından istifadə etməsi qaydasına etirazlarını bildiriblər.

Ən maraqlısı da budur ki, bu vəziyyət illər uzunu hamını, o cümlədən orada cəza çəkən kriminal avtoritet Qaçik Asaturyanı da qane edib, bu məsələ ilə bağlı hər hansı narazılıq və konflikt olmayıb.

Əməliyyat məlumatlarına görə, İlqar Əliyevi qiyam qaldırmağa ruhlandıran şəxs Eduard Asatryan adlı "qanuni oğru”dur. E.Asatryan bununla ən barışmaz və qəddar düşməni olan "qanuni oğru” Vasya Voskresdən qisas almaq məqsədi güdüb. Vasya Voskres bütün Volqaboyundakı, o cümlədən Çuvaşiyadakı cəzaçəkmə müəssisələrinə kuratorluq edir. Çeboksarı türməsində qiyam qaldırmaq bu mənada V.Voskresə "əlcək atmaq” deməkdir.

İlqar Əliyev E.Asatryanla və ona dost olan daha 6 "qanuni oğru” ilə birgə ötən ilin aprelində Moskvada keçirilən "oğru sxodkası” zamanı həbs edilib. Məlumata görə, V.Voskres də "ciddi söhbət üçün” həmin toplantıya dəvət olunubmuş, amma "sxodka”ya onun əvəzinə iki polis idarəsinin əməkdaşları gəlib. Nəticədə toplantıya qatılan 9 "qanuni oğru”dan üçü, o cümlədən İlqar Əliyev həbs edilib. Bundan 4 ay sonra E.Asatryanın özü də qandallanıb.

Azərbaycanlı "qanuni oğru”nun türmədə qaldırdığı son qiyam da onların V.Voskreslə hələ davam edən nüfuz müharibəsindəki növbəti döyüşlərdən biri sayılır.
 
ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol