• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident və xanımı təzə “Boeing”ə baxış keçirdilər

Prezident və xanımı təzə “Boeing”ə baxış keçirdilər
02.01.2015 17:07
Yanvarın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus yeni gətirilmiş "Boeing-787-8” Dreamliner sərnişin təyyarəsinə baxıblar.

"AzərTAc"ın yaydığı məlumatına görə, "AZAL” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına yeni təyyarə barədə məlumat verdi.

"Boeing-787-8” Dreamliner ən müasir tipli hava gəmilərindəndir. Son texniki nailiyyətləri özündə birləşdirən "Arzular layneri” daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Ən yeni texnologiyaların tətbiq edilməsi nəticəsində isə təyyarədə yüksək mənfəətli istismar, yanacağa qənaət və sərnişinlər üçün rahat şərait var. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Onun çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı digərlərindən çoxdur və 20 faiz az yanacaq sərf edir. Geniş gövdəli bu təyyarə 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən bu layner birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir. Dreamliner bu göstəricilərə görə hazırkı sərnişin təyyarələri arasında liderdir. Laynerin sərnişin salonunda üç növ oturacaq və onlara uyğun fərqli xidmət sinifləri mövcuddur. Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub. Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yay mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.

Belə hava layneri MDB məkanında və bir sıra Şərq ölkələri arasında ilk dəfə Azərbaycana gətirilib. Son illərdə digər sahələrdə olduğu kimi, mülki aviasiya sahəsində də uğurlu inkişaf mərhələsi yaşanır. Bu inkişaf özünü həm yeni aerovağzal komplekslərinin inşasında, həm də yeni müasir hava gəmilərinin alınmasında daha aydın göstərir. Bu baxımdan "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aviaparkının ən müasir "Boeing-787-8” Dreamliner sərnişin təyyarələri ilə gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan Hava Yolları”nın və ümumilikdə, Azərbaycan mülki aviasiyasının nailiyyətləri Prezident İlham Əliyevin bu sahəyə birbaşa göstərdiyi diqqət və qayğının nəticəsidir.
 
ANN.Az


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol