• $
  • €
  • ₽
  • ₺
  • £

Elmə məlum olmayan “Divan” üzə çıxıb

Elmə məlum olmayan “Divan” üzə çıxıb
03.01.2015 15:31
Azərbaycanda Məxdumqulu Fəraqinin indiyə qədər elmə məlum olmayan "Divan”ı nəşr olunacaq. 

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov məlumat verib.
O bildirib ki, ötən il Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən Məxdumqulu Fəraqinin həmin bu "Divan”ı üzə çıxarılıb: "Şairin əsərlərinin nəşrləri ilə müqayisə zamanı müəyyən olunub ki, kitabdakı şeirlərin əksəriyyəti heç yerdə çap olunmayıb".

P.Kərimov deyib ki, artıq "Divan” transliterasiya və dilimizə tərcümə edilərək nəşrə hazırlanıb: "Bu ilin əvvəllərində Məxdumqulu Fəraqinin kitabının Türkmənistanla müştərək nəşr edilməsi planlaşdırılır. Əsər 600 səhifədən ibarətdir". O bildirib ki, Əlyazmalar İnstitutu 2015-ci ildə türk xalqları, xüsusilə də Özbəkistan, Türkmənistan, Türkiyə, Qazaxıstanla əlaqələrini genişləndirmək niyyətindədir: "Məqsədimiz onlarla bir yerdə müştərək araşdırmalarımızın sayını artırmaqdır". P.Kərimov həmçinin qeyd edib ki, 2015-ci ildə Türkiyənin Konya şəhərinin əlyazma mərkəzində 4 nəfər institut əməkdaşı ilə ixtisasartırma kurslarına qatılmaq planlaşdırılır: "Əsas məqsəd əlyazmaların bərpası işi haqqında biliklərin təkmilləşdirilməsidir".
 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol