Sabah temperatur 16 dərəcəyədək yüksələcək

Yanvarın 6-7-də Abşeron yarımadasında meteohəssas insanlar üçün əlverişsiz hava proqnozlaşdırılır
Yanvarın 6-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal küləyi günü ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacaq.
Sabah Azərbaycanın bölgələrində hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.
Yaxın 2 gün ərzində Azərbaycanda müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik gözlənilmir.
ANN.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini
Gülşad Məmmədova açıqlamasında deyib ki, ölkə ərazisində mülayim və yağmursuz hava şəraiti müşahidə olunacaq.
Yanvarın 6-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal küləyi günü ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacaq.
Sabah Azərbaycanın bölgələrində hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 6-da və 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























