• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dünyanın ən böyük silah idxalçıları siyahısında

Azərbaycan dünyanın ən böyük silah idxalçıları siyahısında
05.01.2015 14:28
Azərbaycan dünyada son 4 ildə silah idxalına görə 18-ci olub. Ötən il dünya ölkələrinin adi silahlar üzrə ixrac-idxal əməliyyatlarının həcmi 74,25 milyard ABŞ dolları təşkil edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) hazırladığı hesabatda bildirilib.

"Soyuq müharibə"dən sonra dünyada silah ticarəti 2014-cü ildə pik həddə çatıb. 2011-ci ildə bu rəqəm 60.364 milyard dollar, 2012-ci ildə 58,352 milyard dollar, 2013-cü ildə 57,2 milyard dollar təşkil edib. Bütövlükdə son 4 ildə dünya üzrə silah ixracı 250,168 milyard dollar olub.

2014-cü ildə silah ixracının artması ABŞ və bir sıra Yaxın Şərq ölkələri arasında bağlanmış «meqa sazişlər»in icrası ilə bağlıdır.

Ötən il dünya üzrə silah ixracında birinci yeri 30,385 milyard dollar payla ABŞ tutub. İlk onluqda sonrakı yerlərdə Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, İsveç, İsrail, İspaniya və İsveçrə dayanır.

Silah idxalında isə birinci yerdə 7,987 milyard dollarla Hindistan, ikinci yerdə 7,439 milyard dollarla Səudiyyə Ərəbistanı, üçüncü yerdə 4,199 milyard dollarla Tayvan qərarlaşıb. İdxalın ilk onluğunda sonrakı yerlərdə Avstraliya, BƏƏ, Böyük Britaniya, Türkiyə, İraq, İndoneziya və ABŞ gəlir.

SAMTO-nun hazırladığı analizə görə, Azərbaycan son 4 ildə silahlanmaya 4,353 milyard ABŞ dolları xərcləməklə, dünyanın ən böyük silah idxalçıları siyahısında 18-ci yerdə qərar tutub. Son 4 ilin 20 ən böyük silah idxalçı dövləti Hindistan (28,777 milyard dollarla birincidir), Səudiyyə Ərəbistanı, BƏƏ, Avstraliya, ABŞ, Cənubi Koreya, Böyük Britaniya, Tayvan, Türkiyə, Misir, İraq, Venesuela, Əlcəzair, Sinqapur, Pakistan, Mərakeş, İndoneziya, Azərbaycan, Kanada, və Vyetnamdır.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol