• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən ilin 10 ən bahalı sənət əsəri - Fotolar

Ötən ilin 10 ən bahalı sənət əsəri - Fotolar
05.01.2015 16:15
Ötən ilin 10 ən bahalı sənət əsəri

ANN.Az Kulis.Az-a istinadən 2014-cü ildə incəsənət hərraclarında satılmış ən bahalı 10 sənət əsərini təqdim edir.

Amadeo Modilyani "Baş”

İtalyan rəssam və heykəltəraş Amadeo Modilyani bu cür bir neçə "baş” heykəlləri hazırlayıb. Bu heykəllərdə həm o dövrdə dəbdə olan Afrika incəsənətinin, həm də Modilyaninin müəllimi və abstrakt heykəltəraşlığın ustası Konstantin Brankuzinin təsiri hiss olunur. Əsər 70.7 milyon dollara satılıb.

Alberto Cakometti "Araba”
2014-cü ildə ən baha satılmış heykəl isveçrəli heykəltəraş Alberto Cakomettinin 1952-ci ildə hazırladığı "Araba” əsəridir. "Araba” Sotbi hərracında 100.9 milyon dollara satılıb.

Barnet Nyuman "Qara alov”
"Qara alov 1” abstrakt ekspressionizmin banilərindən biri olan Nyumanın əsəridir. Əsər 84.2 milyon dollara satılıb. Nyuman 40 yaşında olanda çəkdiyi bütün əsərləri məhv edib, sonrakı 20 ildə isə 120-dən çox əsər yaradıb. Onun əsas mövzusu həyat, ölüm, insan, təbiət və faciə olub.

İki dəfə Uorhol
Ötən ilin ən baha lotları siyahsıında Endi Uorholun iki əsəri təmsil olunur. Bunlar "Üçqat Elvis” (81.9 milyon dollar) və "Dörd Marlon" (69.6 milyon dollar) əsərləridir.
 
Frensis Bekon "Con Edvardsın portreti üçün üç etüd”
Bekon Con Edvards adlı barmeninin portretini 1984-cü ildə çəkib. Əsər 80.8 milyon dollara satılıb. Bekon dünyanın ən bahalı rəssamlarından hesab olunur.

Frensis Bekon "Danışan Corc Dayerin portreti”
Əsər 1966-cı ildə çəkilib. Müəllif naturaçı kimi sevgili Corc Dayeri çəkib. Bekon iddia edir ki, Corc onun evini yarmaq istərkən tanış olublar. Rəsm əsəri 70.4 milyon dollara satılıb. Bekonun əsərlərinin qiyməti son illərdə on dəfə artıb.

Say Tvombli "Adsız”
Amerika abstraktsionisti Say Tvombli özünəməxsus üsluba malikdir. Onun 1970-ci ildə çəkdiyi əsər 69.6 milyon dollara satılıb.

Mark Rotko "Adsız”
Rotko da rəssamlıqda özünəməxsus tərzə malik sənətkardır. O, hesab edir ki, tablo şəkildən yox, rəngdən başlayır. Əsər 66.2 milyon dollara satılıb.

Edurad Mane "Yaz”
Eduard Mane XIX əsr rəssamları arasında 2014-cü ilin reytinq siyahına düşmüş yeganə sənətkardır. "Yaz” tablosu 65.1 milyon dollara satılıb.
 
ANN.Az
 




Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol