• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku”-nun Wi-Fi xidmətinə qoşul, sənə özəl təkliflərdən məlumatlı ol!

“Bank of Baku”-nun Wi-Fi xidmətinə qoşul,  sənə özəl təkliflərdən məlumatlı ol!
05.01.2015 16:57
Müştəri məmnuniyyətinin artırılması məqsədi ilə "Bank of Baku” növbəti yeniliyini təqdim edir.

Artıq bankın müştəriləri filiallarda növbə gözləyərkən, vaxtlarını daha səmərəli keçirə bilərlər. Belə ki, "Bank of Baku”-nun müştəriləri Wi-Fi xidmətindən yararlanıb, bankın onlara ünvanlanmış xüsusi təklifləri barədə məlumat ala biləcək. Yeni xidmətdən faydalanmaq üçün müştəri sadəcə mobil telefonunda (və ya hər hansı digər mobil cihazında) Wi-Fi alətində "BOB FREE” şəbəkəsini seçməli, daha sonra brauzerə daxil olub "Bank of Baku” tərəfindən hazırlanmış qeydiyyat formasına öz adını, soyadını və mobil telefon nömrəsini daxil etməlidir. Qeydiyyatdan keçəndən sonra müştəri bankın ona etdiyi xüsusi təklif və məlumatlarından xəbərdar ola bilər.

"Bank of Baku”-nun departament direktoru Anar Abbasov deyir ki, bu yenilik sayəsində müştərilər,bank ekspertinə yaxınlaşmadan öncə, bankın onlara edilən təkliflərindən məlumat əldə etmiş olacaq, həmçinin internetdən səmərəli istifadə edəcək. "Bura müştəriyə edilən özəl endirim və güzəştlər, kart balansının artırılmasının mümkünlüyü, bankın cari kampaniyaları haqda məlumat, daha böyük məbləğdə kredit təklifi və sairə aiddir. Bu xidmətin fərqli cəhəti müştərinin bankla iş tarixçəsinə uyğun ona müvafiq təkliflərin edilməsidir. Yeni müştərilər bu xidmətə qoşularaq bankın məhsulları ilə tanış ola və onlara müraciət edə bilər”.

Qeyd edək ki, yeni xidmətə qoşulan müştərinin hər istifadə limiti 30 dəqiqə təşkil edir.Növbəti dəfə xidmətdən faydalanmaq istəyən müştəri yenidən müvafiq qeydiyyatdan keçməlidir. İlkin dövrdə yeni xidmət yalnız "Bank of Baku”-nun Baş İdarəsində fəaliyyət göstərəcək (Atatürk pr., 42)

Bankçılıq sahəsində texnoloji innovasiyalara böyük önəm verən "Bank of Baku” müştəriləri məmnun edəcək yeni xidmətlər üzərində işini davam etdirir.

Ətraflı məlumat: 145 Məlumat Mərkəzi www.facebook.com/bankofbaku www.bankofbaku.com/

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol