• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə daha bir deputatın mandatı ləğv olunacaq

Milli Məclisdə daha bir deputatın mandatı ləğv olunacaq
06.01.2015 11:26
Milli Məclisdə daha bir deputatın mandatı ləğv olunacaq.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) baş katibi seçilən Asəf Hacıyevin deputat fəaliyyətinə xitam veriləcək.

Bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında müzakirəyə çıxarılacaq və qərar veriləcək.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu açıqlamasında bildirib ki, deputat Əsəf Hacıyevin özü mandatını təhvil verəcəyini deyib:

"Görünür təşkilatın tələbi ondan ibarətdir ki, baş katib seçilən şəxs yalnız o işlə məşğul olmalıdır. Bu baxımdan deputat statusunda qala bilməz”.

Qeyd edək ki, Akademik Asəf Hacıyev 1995-ci ildən Milli Məclisin deputatıdır. Parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edir. Elm və təhsil komitəsinin üzvüdür. Hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiridir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibliyi İstanbulda yerləşdiyi üçün o, Türkiyəyə köçəcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət edir, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə dair qərar verməlidir.

Həmçinin bundan əvvəl dörd mandat yeri boş qalmışdı. Belə ki, 110 saylı Zaqatala dairəsi Hikmət Atayevin faciəli ölümündən sonra boş qalır. Bundan əlavə 19 saylı Nərimanov birinci seçki dairəsindən seçilən deputat, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov baş nazirin müavini təyin olduqdan sonra onun da mandatı geri alınıb. Analoji olayla hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı da üzləşməli olub. O prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunandan sonra deputat mandatı ilə vidalaşdı. Göründüyü kimi hal-hazırda Milli Məclisdə 4 deputat yeri boşdur.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol