• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bir nəfər də olsun dilənçi qalmayacaq – AÇIQLAMA

Bakıda bir nəfər də olsun dilənçi qalmayacaq – AÇIQLAMA
06.01.2015 13:31
Dilənçilik qanundan kənar, ictimaiyyəti narahat edən bir məsələ kimi, Bakı polisinin daima diqqət mərkəzindədir. Dilənçiliklə mübarizə, onların yığışdırılması sahəsində olan tədbirlər mütəmadi olaraq davam etdirilir və bu kampaniya xarakteri daşımır.

Bu barədə Lent.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif deyib.

Onun sözlərinə görə, qarşıdan gələn Bakı 2015 Avropa Oyunları ilə qədər daha ciddi işlər görüləcək:

"Hesab edirəm ki, ictimaiyyət də bunun nəticəsini müşahidə edəcək. Onu da bildirim ki, artıq bu sahədə nəticələr də göz qabağındadır və şəhərə çıxıb bunun real nəticələrini görə bilərsiniz”.

Q.Arif hesab edir ki, bu sahədəki qanunvericilikdəki kiçik boşluqlar mövcuddur:

"Dilənçiliklə məşğul olanlar əsasən uşaqlar və hamilə qadınlar olur, Ona görə onlara qarşı hər hansı bir sərt cəza tədbiri tətbiq etmək olmur. Onlar saxlanılırlar və müvafiq qaydada qeydiyyatda olduqları rayonlara göndərilirlər. Təəssüflər olsun ki, qanunvericilikdə olan boşluqlara görə, bir neçə gündən sonra onlar yenidən Bakıya qayıda və eyni əməllərə davam edə bilirlər”.

Bakı şəhər Baş Polis İdarəsinin rəsmisi dilənçiliklə mübarizə məsələsində maraqlı məqama da toxunub:

"Dilənçiliklə mübarizə məsələsində bir az subyektiv səbəblər də var. Bizim xalq dilənçiyə pul verən xalqıdır. Mənə elə gəlir ki, bunu aradan qaldırmağa mane olan əsas obyektiv səbəblərdən biri də məhz budur. Məsələn, Türkiyədə dilənçiyə pul verənə irad tuturlar, amma bizdə verməyənə az qala irad tuturlar. Yəni ictimaiyyət özü də başa düşməlidir ki, dilənçiyə pul verməsə, o olmayacaq”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol