• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Türkiyədə 75 milyon dollara bina aldı

SOCAR Türkiyədə 75 milyon dollara bina aldı
06.01.2015 15:12
Bu barədə məlumatlar Türkiyə mətbuatında yayılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey” yeni ofis binası alıb.
 
"APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, SOCAR Türkiyənin inşaat sektorunun ən böyük daşınmaz əmlak layihəsi sayılan "Vadi İstanbul Bulvar”a köçür.
 
Məlumata görə, "SOCAR Turkey” daha geniş ofisə malik olmaq zərurətini nəzərə alaraq tikilməkdə olan ofis mərkəzində 12 mərtəbəli binanı alıb. Şirkət İstanbul Cendere, Maslaka yaxın bölgədə yeni ofis mərkəzinə sahib çıxıb. Həmin bina "Vadi İstanbul Projesi”nə daxildir. Layihədə 180 min kvadratmetrlik ofis sahəsinin tikintisi də daxildir. Hazırda layihənin ikinci mərhələsi həyata keçirilir. "SOCAR Turkey”nin aldığı ofis binası 12 mərtəbəlidir və 17 min 800 kvadratmetr sahəyə malikdir. Hələlik şirkət ofis binasının alınmasına dair müqaviləni rəsmən açıqlamayıb və gözlənilir ki, sövdələşmə bu həftə açıqlanacaq.
 
Türkiyə mətbuatının yazdığına görə, şirkət ofis binası üçün nağd olaraq 75 mln. dollar ödəyib.
 
SOCAR-dan "APA-Economics”ə bildirilib ki, bu gün alqı-satqı müqaviləsinin imzalanması baş tutacaq: "İmzalanma prosesi baş tutduqdan sonra, aqlı-satqı şərtləri açıqlanacaq”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol