• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: Bakıda evlər kəskin bahalaşacaq

Ekspert: Bakıda evlər kəskin bahalaşacaq
06.01.2015 16:08
2014-cü ilin qanunvericiliyinə əsasən, əmlakın dəyəri 5 min manatdan az olan mənzillərə görə, əmlak vergisi nəzərdə tutulmurdu.

Dəyər bu məbləği keçərsə, vergi binanın dəyərinin 0,1%-ni təşkil edirdi.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanda əmlak və torpaq vergilərinin dərəcələri və hesablanma qaydaları dəyişdirilib.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq verginin məbləği əmlakın qiymətindən yox, ölçülərindən asılı olacaq. Belə ki, mənzilin sahəsi 30 m2-dən aşağı olan əmlak sahibləri əmlak vergisi ödəməyəcəklər. Kənd və qəsəbələrdə, o cümlədən kiçik yaşayış məntəqələrində isə evin hər kvadratmetrindən 10 qəpik tutulacaq (30 kvadratmetrdən artıq).

Məcəlləyə edilən dəyişikliklər nəticəsində əmlak vergisinin məbləği nəinki əmlakın hansı regionlarda yerləşməsini, hətta paytaxtın mərkəzində və ya kənarında yerləşməsini də nəzərə alacaq.

Belə ki, Bakının ayrı-ayrı ərazilərində əmlak vergisinin dərəcəsi fərqli olacaq.

Paytaxtdakı əmlakdan vergilərin hesablanması üçün 0,7-dən 1,5-ə qədər dəyişə bilən əlavə əmsal tətbiq edilə bilər. Başqa sözlə, Bakıdakı əmlak sahibləri üçün verginin məbləği hər m2 üçün 28 qəpikdən 60 qəpiyə qədər dəyişəcək.

2015-ci ildə qanunvericiliyə edilən bu dəyişikliklər mənzil bazarına necə təsir göstərəcək?

Oxu.Az bu məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikirlərini öyrənib.

Ekspert vergilər məcəlləsinə edilən dəyişikliyi şərh edərək qeyd edir ki, "əvvəlki qanunvericiliyə əsasən əmlakın dəyəri 5 min manatdan az olan mənzillərə görə vergi nəzərdə tutulmurdu. Qeyd etmək olar ki, Bakı eləcə də, rayonlarda əmlakın dəyəri 5000 manatdan az olan mənzillər tapmaq çətin idi”:

"Yeni dəyişikliklərə əsasən, mənzilin sahəsi 30 m2-dən aşağı olan əmlak sahibləri əmlak vergisi ödəməyəcəklər. Bu o deməkdir ki, köhnə tikililərdə bir otaqlı mənzillər vergidən azaddır. Digər 30 km metrdən artıq olan, hissə isə Bakı şəhərində əgər həyət evidirsə, hər kvadratmetr üçün 0,4 manat, Gəncə, Sumqayıt, Abşeronda isə 0,5 manat, digər yerlərdə isə 0,2 manat . Binalarda isə bu əmsal 0,7 dən -1,5 manatadək dəyişilir”.

Onun sözlərinə görə, "dəyişikliklər göstərir ki, ucuz evlər vergidən azad ediləcək ,amma bahalı evlər daha çox vergi ödəyəcək”.

Ekspert düşünür ki,bahalı evlərin daha çox vergi ödəməsi, həmin evlərə tələbatı müəyyən müddətdə azalda bilər:

"Bahalı evlərin daha çox vergi ödəməsi, həmin evlərə tələbatı azatmayacaq, çünki bu cür evləri alan imkanlı vətəndaşlardır. Nəzərə alsaq ki, 1.5 manat əmasalı ilə vergiyə cəlb edilmək kifayət qədər, böyük məbləğdir”.

Vüqar Bayramov qeyd edir ki, qanunvericiliyə edilən dəyişiklik, bahalı mənzillərin qiymətini artıra bilər:

"Bahalı mənzillərə tələbatın azalmasına səbəb ola bilər, çünki kifayət qədər qiyməti hətta bir neçə yüz min manat olan evlər üçün müəyyənləşmiş əmlak vergisi yüksəkdir, ona görə, bu birmənalı şəkildə əmlak bazarına ciddi təsir göstərməsə də, çox bahalı evlərə tələbatı azaldacaq. Bu onların da çox güman ki qiymətinə də təsir göstərəcək”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol