• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yük avtomobilləri nəzarətə götürülür

Bakıda yük avtomobilləri nəzarətə götürülür
06.01.2015 17:33
Paytaxtda yük avtomobillərinin hərəkətinə diqqət və nəzarətin artırılması məqsədi ilə bu gündən etibarən mütəmadi reydlərin keçirilməsinə başlanılır.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, 2015-ci ildə Bakıda yük avtomobillərinin hərəkətinə diqqət və nəzarət artırılacaq. Artıq bu gündən etibarən isə İdarənin əməkdaşları paytaxtda əsasən 3-cü kənar dairəvi yol, Ziya Bünyadov, Aeroport şosesi və digər yollar üzrə reydlər keçirəcəklər: "2014-cü ildə Bakı şəhəri ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili, eləcə də paytaxtın küçə və prospektlərində sıxlığın, tıxacların yaranmasında qabaritli, yükgötürmə qabiliyyəti 5 tondan artıq olan yük avtomobillərinin xüsusi "rolu” olduğu aşkar edilib. Ona görə də Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, özlərinə məxsus və ya istifadələrində olan yük avtomobilləri ilə saat 08:00-dan 21:00-dək Bakı şəhərinin ərazisinə daxil olmasınlar. Bu qadağa ilə bağlı müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutlmuş qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər”.

V.Əsədov qeyd edib ki, yük avtomobillərinin paytaxt yollarında hərəkəti yalnız vaxt və hərəkət marşrutunun göstərildiyi buraxılış vərəqələri ilə mümkündür: "Yük avtomobilləri ilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, tabeliyində olan avtomobillərin sürücülərinin yol polisi tərəfindən məzuliyyətə cəlb edilməməsi üçün nəzarəti gücləndirsinlər, qeyd edilən yük avtomobillərinin hərəkətinin göstərilən vaxtda və icazə verilən marşrut üzrə təmin edilməsinə diqqəti artırsınlar. Onlar yükdaşıma normativlərinin yerinə yetirilməsinə, yükün avtomobilin oxları üzrə düzgün paylanmasına və ya onun normadan artıq olmamasına, daşınan tikinti materiallarının qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Çox təəssüf ki, bu tələblər tez-tez pozulduğundan əlavə tədbirlərin görülməsi zərurəti yaranır”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol