• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Haqverdiyev: Neftin qiyməti ucuzlaşmaqda davam edəcək

Oqtay Haqverdiyev: Neftin qiyməti ucuzlaşmaqda davam edəcək
06.01.2015 20:43
OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatının artması müşahidə olunan tələbatın azalması fonunda dünya bazarında xammal təklifinin yüksəlməsinə səbəb olur. Bu proses dünya bazarında neftin qiymətinin ucuzlaşmasının davam etməsinə gətirib çıxarır. 

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın sabiq iqtisadiyyat nazirinin müavini, iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirib. 

"Rusiya və İraq neft hasilatını artırdığına görə, neftin qiyməti ucuzlaşmaqda davam edəcək, tələb təklifdən daha aşağı olacaq. Rusiya bunu qiymətin düşməsini kompensasiya etmək məqsədilə həyata keçirir. Lakin bu da kömək etməyəcək, çünki qiymət düşməkdə davam edəcək, bunu beynəlxalq ekspert təşkilatlarının rəyləri də göstərir", - deyə iqtisadçı deyib.
Onun sözlərinə görə, hazırda neftin qiyməti ilə bağlı hər hansı bir konkret proqnoz vermək çətindir: "Yalnız birinci rübün sonunda dəqiq proqnoz vermək olar". 

O.Haqverdiyev qeyd edib ki, Azərbaycanın neftin qiymətinin aşağı olacağı təqdirdə böhrandan çıxmaq üçün müxtəlif variantları var: "2009-cu ildə dövlət büdcəsinin gəlirlərini 1,5 mlrd. manat kəsirlə icra olunmasına baxmayaraq, Azərbaycanda heç bir böhran olmadı. Hökumət sadəcə xərclərin strukturunu dəyişdirdi və özünün əsas maliyyə öhdəliklərini yerinə yetirərək sərmayə xərclərini azaltdı", - deyə ekspert əlavə edib. İqtisadçı-ekspert xatırladıb ki, neftin qiyməti o zaman 37 dollar/barel səviyyəsinə qədər düşüb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol