Messi "Barselona"nın baş məşqçisini qovdurur - Qalmaqal böyüyür

Ulduz futbolçu Lionel Messi ilə "Barselona" klubunun baş məşqçisi Luis Enrike arasındakı qalmaqal böyüyür.
ANN.Az NTV Spor-a istinadən xəbər verir ki, bu həftənin birinci iş günü məşqlərə qatılmayan Messinin gün ərzində telefonu da sönük olub. Bundan sonra baş məşqçi argentinalı oyunçuya cəza vermək qərarına gəlib.
Amma araya girən Xavi, İnyesta və Busquets Messiyə cəza verilərsə, xaosun daha da böyüyəcəyini bildirərək Luis Enrikeni fikrindən daşındıra biliblər.
Bu hadisədən xəbər tutan Messi klub rəhbərliyinə belə bir mesaj yollayıb ki, ya mən, ya da Luis Enrike.
İspan radiosu "Cadena Cope" katalon klununun rəhbərliyinin Messiyə baş məşqçi Luis Enrikeni qovulacağı vədini verdiyini iddia edib.
ANN.Az