• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-dan 75 milyona aldığı bina haqqında rəsmi AÇIQLAMA

SOCAR-dan 75 milyona aldığı bina haqqında rəsmi AÇIQLAMA
07.01.2015 10:55
Türkiyədə 20 milyard dollarlıq investisiya portfelini idarə edən və sürətlə böyüyən şirkətimizin ehtiyaclarını təmin edə biləcək mərkəzi idarəetmə binası üçün seçim apararkən biz yalnız bu günü deyil, sabahı da düşünərək hərəkət etdik.

Oxu.Az xəbər verir ki, bunu "SOCAR Türkiyə”nin Baş icraçı direktoru Kənan Yavuz dünən keçirilən yeni ofis binasının alqı-satqı müqaviləsinin imzalanması zamanı bildirib.

Kənan Yavuz bu addımı məsrəfləri azaltmaq ilə də əlaqələndirdi:

"Gələcəkdəki ehtiyaclarımızı da planlaşdıraraq "Vadistanbul Bulvar”ı seçdik. Hazırkı ofisimiz şirkətimizin ehtiyaclarını ödəmək üçün yetərsiz olduğundan müxtəlif binalarda kirayənişin kimi həyata keçirdiyimiz fəaliyyətləri vahid mərkəzdə toplamaqla məsrəfləri azaltmaq, məhsuldarlığı artırmaq niyyətindəyik”.

Mərasimdə vurğulanıb ki, "SOCAR Türkiyə” İstanbulun Ayazağa səmtində həyata keçirilən "Vadistanbul Bulvar” layihəsinə daxil olan 19 min kvadratmetrlik bloku "Odeabank” ilə imzaladığı 2 ili ödənişsiz olmaqla 10 illik kredit müqaviləsi çərçivəsində 75 milyon dollara satın alıb.

"Layihələrimiz sürətlə irəliləyərkən, şirkətlərimizin bütün funksiyalarının eyni mərkəzdə birləşdirməyin faydalı olacağına inanırıq. Etdiyimiz bu yatırımı əməkçilərin motivasiyasını yüksəldəcək bir vasitə olaraq görürük”- deyə icraçı direktor bildirib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol