• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku”-nun Şəki filialı yeni ünvanda!

“Bank of Baku”-nun Şəki filialı yeni ünvanda!
07.01.2015 12:57
"Bank of Baku”-nun filial şəbəkəsinin təkmilləşdirilməsi və müştərilərin rahatlığının təmin edilməsi məqsədilə bankın "Şəki” filialı yeni ünvana köçüb. Bundan belə, bank filialı daha rahat və müasir ofisdə fəaliyyət göstərəcək. Filial müştərilərə bütün növ bank xidmətləri göstərir.

Bununla əlaqədar "Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə deyib:”Bankımızın strateji inkişaf proqramında həm yeni filialların açılışına, həm də mövcud olan filialların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Bu proqrama uyğun olaraq biz füsünkar Şəki şəhərində rahat və müasir filialımızı yaratdıq. Yeni filialda xüsusi zona yaradılıb və burada çalışan 7 təcrübəli əməkdaşımız kiçik və orta sahibkarlığın kreditləşməsinə dair geniş xidmətlər göstərəcək. İmkandan istifadə edib xatırladım ki, "Bank of Baku” "Start UP” biznes kreditləri proqramını uğurla icra etməkdədir. Bu proqram sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərə güzəştli kreditlər almağa imkan verir”.

"Bank of Baku”-nun ”Şəki” filialında:

* istehlak və biznes kreditləri rəsmiləşdirmək,

* əmanət yerləşdirmək,

* pul köçürmək,

* kredit kartları əldə etmək

və bir çox digər xidmət və məhsullardan faydalanmaq olar.

Bank filialı müştəriləri bu ünvanda qəbul edəcək : M. Ə. Rəsulzadə pr-ti 149B. "Bank of Baku”-nun "Şəki” filialı həftənin altı günü (bazar ertəsi-şənbə) saat 9.00-dan 17.00-a kimi müştəriləri qəbul edir. "Bank of Baku”-nun ölkə boyunca 25 filialdan ibarət şəbəkəsi barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür : http://www.bankofbaku.com/az/filials-and-atms/fillials/

"Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

ANN.Az


Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol