• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank-da Mini MBA təhsili

Unibank-da Mini MBA təhsili
07.01.2015 13:24
Unibank-ın əməkdaşları MBA təhsili alacaq.

Amma bunun üçün Amerikaya, Avropaya və digər ölkələrə getmək lazım deyil, çünki dünyanın ən qabaqcıl biznes məktəblərinin praktiki məşğələlərindən ibarət ən yaxşı təcrübələr Unibank-ın özündə tədris olunacaq, həm də interaktiv şəkildə. Bankda yeni yaradılan "Unibank Akademiya” Departamenti menecerlər üçün Mini MBA proqramının tədrisinə başlayıb. Proqramın açılış mərasimində Unibank-ın CEO-su Cəlal Qasımov bildirib ki, bank 2014-cü ili yüksək uğurlarla başa vurur: "Uğurlarımız, inkişafımız bizi arxayın salmamalıdır, daim üzərimizdə işləməli və daha çox şey öyrənməli, müasir biznes çağırışlarına cavab verməliyik. Elə Mini MBA proqramının əsas məqsədi də hər zaman yeni biliklər öyrənmək və ən yaxşılardan olmaqdır”.

Uniakademiyanın rəhbəri Aygün Babazadənin fikrincə isə yeni biliklər yüksək potensiallı orta kəsim menecerlərə daha yaxşı qərarlar qəbul etməkdə köməklik edəcək və bu da nəticədə maliyyə göstəricilərinə çevriləcək: "Unibank-ın Mini MBA proqramı əməliyyatların idarə olunmasından maliyyə funksiyaları, korporativ strategiyadan insan kapitalınadək bütün aspektlər üzrə məsələləri əhatə edir. Proqram klassik MBA kurikulumuna əsaslanaraq akademik konsepsiyaların real biznes kontekstində tətbiqini önə çəkir. Kursu uğurla bitirmiş iştirakçılar Mini MBA proqramını bitirmə Sertifikatı ilə təmin olunacaqlar. Mühazirəçilərimiz dünyanın qabaqcıl universitetlərində təhsil almış və respublikanın ən aparıcı ali təhsil ocaqlarında akademik tədris verən peşəkarlardır”.

Mini MBA proqramının tədrisi ilə məşğul olacaq mühazirəçilər Unibank-da Mini MBA proqramının tədrisinin həm iştirakçılar və bank, həm də ümumilikdə cəmiyyət üçün çox faydalı olacağını bildirdilər.

Uniakademiyanın tərkibində "Mini MBA və Fundamental Biznes Bilikləri”, "Yumşaq Bacarıqlar”, "Proses və məhsullar üzrə təlimlər” və "Tədqiqat və Təqaüd Proqramları” şöbələri mövcuddur. Bu şöbələr bankın orta kəsim menecerləri ilə yanaşı, müştərilərlə ünsiyyətdə olan əməkdaşlara, yeni qəbul olmuş işçilərə treninqlər keçirəcək, bakalavr və magistrların tədqiqat və təqaüd proqramlarında iştirak etmələri üçün layihələr keçirməklə məşğul olacaq.

Unibank-hər kəsin bankı

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol