• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlarımıza din dərsi keçiləcək?

Uşaqlarımıza din dərsi keçiləcək?
07.01.2015 17:20
"Azərbaycan Respublikasının Konstitusiyasına əsasən din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır və Azərbaycanda orta məktəblərdə tədris olunan fənlər arasında din (dinlər) üzrə fənn nəzərdə tutulmayıb”.

Bunu Təhsil Nazirliyi ANS PRESS-n sorğusuna cavab olaraq bildirib.

İlahiyyatçı İsmayıl Əhmədovun fikrincə isə məktəblərdə dinlərin tədris edilməsinə ehtiyac var. Onun sözlərinə görə, hazırda məktəblərdə din haqqında verilən məlumatlar qətiyyən kifayət etmir. "Əslində məktəblərdə din daha dərin - ayrıca bir fənn olaraq keçilməlidir. Həmçinin müəllimlər də təbiət, ictimai fənn müəllimlərinin əvəzinə, teologiya təhsili almış şəxslər olmalıdır. Hətta bu sahədə Bakı İslam Universiteti kifayət qədər peşəkar kadrlar da hazırlayır”, - deyə ilahiyyatçı bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova da bildirib ki, QMİ təhsildə əməkdaşlığa hər zaman hazırdır. "Bakı İslam Universitetində (BİU) kifayət qədər tələbə təhsil alır və universitetdəki təhsilin səviyyəsi imkan verir ki, BİU məzunları məktəblərdə İslam dinini tədris etsinlər”, - deyə o əlavə edib.

Qeyd edək ki, BİU-da hal-hazırda 374 tələbə təhsil alır. 2014-cü ildə isə 52 nəfər məzun olub. Universitetdən də bildiriblər ki, Bakı İslam Universitetinin məzunları təhsili bitirdikdən sonra iş tapmaqda çətinlik çəkirlər. "Məzunların işlə təmin olunmasında təyinat da olmadığı üçün onların çoxu öz ixtisası üzrə işləmirlər”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol