• $
  • €
  • ₽
  • ₺
  • £

XİN rəsmisi: "Bəzilərinin bu kimi qeyri-ciddi xəyallarına..."

XİN rəsmisi: "Bəzilərinin bu kimi qeyri-ciddi xəyallarına..."
07.01.2015 17:55
XİN rəsmisi Azərbaycan-ABŞ münasibətlərindən söz açıb

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycan-ABŞ münasibətlərinin indiki səviyyəsi, gələcək perspektivləri, qarşılıqlı ittihamlardan danışıb və sanksiyaların tətbiqi ilə bağlı bəyanatlara cavab verib.

ANS PRESS-in məlumatına görə, o deyib ki, Azərbaycanın ABŞ ilə əlaqələri Azərbaycanın qlobal enerji təhlükəsizliyi, terrorizm və transmilli hədə və təhdidlərə qarşı mübarizəyə töhfələri, Əfqanıstan əməliyyatına maddi-texniki, tranzit və maliyyə dəstəyi ilə xarakterizə olunur.

2014-cü ilin yalnız birinci doqquz ayında ticarət dövriyyəsinin həcmi 800 mln. ABŞ dollarından artıq olub. Sentyabr ayından etibarən "Azərbaycan Hava Yolları"na mənsub təyyarələr Bakı-Nyu-York marşrutu üzrə birbaşa uçuşlara başlayıb. Bu uçuşlar hava nəqliyyatını asanlaşdırmaqla yanaşı, turizm, humanitar və işgüzar sahələrdə fəallığa sirayət edəcək.

O deyib: "ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında nizamlanması istiqamətində səylərini artıracağına və qarşıdan gələn dövrdə daha qətiyyətli addımlar atacağına ümid edirik.

ABŞ tərəfindən Ermənistanın təcavüzü nəticəsində insan hüquqlarının qorunması üzrə beynəlxalq sənədlərdə təsbit olunmuş ən ümdə hüquqlarından məhrum olunmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına da diqqət göstərilməsi məqsədəuyğun olardı. 

H.Hacıyev 2014-cü ildə ikitərəfli münasibətlərdə müəyyən arzuedilməz hallar da müşahidə olunduğunu söyləyib: "Xüsusilə ABŞ-dakı erməni lobbi təşkilatları və digər anti-Azərbaycan ünsürlərin təsir və təzyiqləri, bəzi yerli və beynəlxalq QHT-lərin yaydıqları qərəzli məlumatlar əsasında rəsmi Vaşinqton tərəfindən Azərbaycanla bağlı bəzi ciddi əsası olmayan və birtərəfli bəyanatlar verilib. Bu kimi dairələrin fəaliyyəti ilk növbədə ABŞ-ın öz milli maraqlarına zərbə vurur. Azərbaycanda insan hüquqları qorunması və demokratikləşmə sahəsində davamlı addımlar atılır. 

XİN rəsmisi ABŞ-ın Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı bəyanatlar səsləndirməsinə də münasibət bildirib: "Konkret dairələrin, o cümlədən erməni diasporunun təsiri və diktəsi altında bəzi fərdi şəxslərin bu kimi qeyri-ciddi və əsassız xəyallarına münasibət bildirmək fikrində deyiləm.

Beynəlxalq münasibətlərdə sanksiyalar rejimi BMT nizamnaməsi ilə tənzimlənir və sanksiyalar beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə BMT nizamnaməsində nəzərdə tutulmuş müddəaların pozulması hallarına münasibətdə şamil edilir." 

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol