• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ödəniş etmək daha da asanlaşdı

Azərbaycanda ödəniş etmək daha da asanlaşdı
08.01.2015 16:26
"ASAN ödəniş” portalı istifadəyə verildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, "ASAN ödəniş” sisteminin www.asanpay.az elektron portalı pilot layihə çərçivəsində istifadəyə verildi. Vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarları üzrə ödənişləri "ASAN ödəniş” portalından bank kartı vasitəsilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.

Vətəndaşlar ödənişləri "ASAN ödəniş” portalında qeydiyyatdan keçməklə və ya qeydiyyatdan keçmədən rahat yerinə yetirə bilərlər.

"ASAN ödəniş” portalının istifadə təlimatı ilə bağlı vətəndaşların göstərilən linkə daxil olaraq ətraflı məlumat əldə etməsi mümkündür: https://www.asanpay.az/asanpay/instructions

Vətəndaşların "ASAN ödəniş” sisteminin funksionallığı ilə bağlı sualları yarandıqda 108 Çağrı Mərkəzinə zəng edə bilər.

Bundan başqa ödənişləri pilot layihə çərçivəsində 1 saylı Bakı "ASAN xidmət” mərkəzində (Akademik Həsən Əliyev küçəsi, 36) quraşdırılan "ASAN ödəniş” terminallarında nağd və ya bank kartı ilə ödənişləri yerinə yetirmək olar. Bu terminalların gələcəkdə bütün mərkəzlərdə və əhalinin kütləvi toplaşdığı yerlərdə quraşdırılması nəzərdə tutulub. "ASAN ödəniş” terminalları digərlərindən fərqi ondan ibarətdir ki, terminallar özündə həm nağd pulun, həm qəpiklərin qəbulunu və qaytarılmasını nəzərdə tutur.

Qeyd edək ki, "ASAN ödəniş” sistemi "ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral 110 nömrəli Fərmanına əsasən yaradılıb.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol