• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbovdan məmurlarla bağlı daha bir qəribə sərəncam

Vasif Talıbovdan məmurlarla bağlı daha bir qəribə sərəncam
08.01.2015 17:25

Bundan sonra dövlət qulluğunda çalışanlar muzeylərə kollektiv şəkildə getməli olacaqlar

Naxçıvanda dövlət orqanlarının işçiləri bundan sonra kollektiv şəklində muzeylərə gedəcək. "Turan" bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Naxçıvan Muxtar Respublikasında dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin edilsin. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı bu sərəncamdan irəli gələn məsələləri həll etsin”, - deyə sənəddə qeyd edilir.

Vasif Talıbov "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” sərəncamı ötən il dekabrın 19-da imzalayıb. Sənəd bu günlərdə yerli mediada çap olunub.

Sənədə görə, əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda 30 müxtəlif profilli muzey var.

"Muzeylər mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, gənc nəslin tərbiyəsində və dünyagörüşünün zənginləşməsində böyük əhəmiyyətə malikdir. Bütün bunlar nəzərə alınaraq, muzeylərdə açıq dərslər keçirilir, ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv təhsil təşkil olunur. Görülən tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğinə şərait yaradır”, - deyə Talıbovun imzaladığı sərəncamda bildirilir.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol