• $
  • €
  • ₽
  • ₺
  • £

“Burada tez-tez atışma olur” – BBC Qarabağda

“Burada tez-tez atışma olur” – BBC Qarabağda
09.01.2015 18:09
""Dondurulmuş" Dağlıq Qarabağ münaqişəsi hələ də Qafqazda qaynamaqda, minlərlə insanın həyatını məhv etməkdədir".

"Qafqazinfo” xəbər verir ki, BBC-nin müxbiri Rayhan Demytrie-nin Azərbaycandan, cəbhə xəttindən hazırladığı reportajda belə deyilir. BBC müxbiri Ermənistan qüvvələri ilə təmas xəttində yerləşən Qəzyan kəndində olub, bu zonada, təhlükə altında yaşamağın çətinliklərinin şahidi olub. Kənd sakinlərindən biri olan Zamiq Axundov ona atəş altında yaşayışdan danışıb:

"Burada tez-tez atışma olur. Qızıl Xaç evi güllələrdən qorumaq üçün qalın kərpic divar hördürüb. Ancaq yenə də evimizin ikinci mərtəbəsindən istifadə edə bilmirik – çox təhlükəlidir. Ailəmiz beş nəfərdir, hamımız da aşağı mərtəbəbə qalırıq."

Müəllif qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" sayılsa da, hərbçilər və dinc sakinlər arasında vaxtaşırı itkilər baş verir. Azərbaycan rəhbərliyi də itirilmiş torpaqlarını geri almaqla hədələyir: "Hər iki ölkə Rusiyadan silah alır. Müharibənin qızışması riski qalsa da, Rusiyanın bu münaqişənin içində olması hərbi varianta az əl yeri qoyur".

Bunu BBC-yə politoloq Ərəstun Oruclu deyir. Politoloqun fikrincə, kifayət qədər realist olan Azərbaycan hökuməti hərbi həllə hazırlaşmır. Digər tərəfdən Ermənistan Rusiyanın hərbi müttəfiqidir və növbəti 48 il ərzində də belə davam edəcək, çünki ərazisində Rusiyanın iki hərbi bazası yerləşir:  "Azərbaycan bəzən özünü beynəlxalq səviyyədə yalqız hiss edir. Ukraynanın şərqində separatçıları dəstəklədiyinə görə, Rusiyaya Qərb tərəfdən güclü sanksiyalar qoyulur. Azərbaycanlılar da sual edir ki, niyə beynəlxalq ictimaiyyət Ermənistana belə bir təpki göstərmir?"

Müəllif qeyd edir ki, Bakı kənarında məcburi köçkünlər üçün tikilən yeni binalar status kvonun daimiliyi təəssüratını yaradır. "Ancaq küçədə rastlaşdığın hər bir kəs evə dönmək istəyini dilə gətirir," deyə BBC əməkdaşı vurğulayır. //Azadliq.org
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol