• $
  • €
  • ₽
  • ₺
  • £

Sakinlərə şad xəbər: Bakıda qazsız bina qalmayacaq

Sakinlərə şad xəbər: Bakıda qazsız bina qalmayacaq
09.01.2015 23:40
Yaxın vaxtlarda paytaxtda qazla təmin olunmamış bina qalmayacaq.

 

Axar.az xəbər verir ki, Azərbaycan Respubikası Dövlət Neft Şirkəti (ARDNŞ) ciddi şəkildə işlərə başlayıb və sürətlə qazlaşdırma işləri gedir.

 

Əldə etdiyimiz məlumata görə, 2015-ci ildə Bakının qazla təmin olunmamış əsas əraziləri sayılan Yeni Yasamal, Əhmədli qəsəbəsi və digər ərazilərdə yerləşən hündürmərtəbəli binalara qaz çəkilişi başa çatacaq.

 

ARDNŞ ümumilikdə 2014-cü il ərzində qazla təmin olunmuş yeni tikilən hündürmərtəbəli binaların sayını açıqlayıb. Qurumun rəsmi saytında verilən məlumata görə, 2014-cü ildə 238 çoxmərtəbəli binaya təbii qaz verilib. Halbuki, 2013-cü ildə bu rəqəm 149 idi.

 

"Azəriqaz” İstehsalat Birliyi 2014-cü ilin dekabr ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 42 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bu binalarda 3485 ailə yaşayır.

 

Məlumat üçün bildirək ki, 2014-cü il ərzində təbii qaz verilmiş 238 çoxmərtəbəli binada ümumilikdə 17 348 ailə yaşayır.


ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol