• $
  • €
  • ₽
  • ₺
  • £

20 Yanvar faciəsindən istifadə edən ermənilər ifşa olundu - FOTO

20 Yanvar faciəsindən istifadə edən ermənilər ifşa olundu - FOTO
10.01.2015 09:56
Ermənilər uydurma "soyqırımı”nın təbliğində 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciənin fotoşəklindən istifadə edirlər.

AzərTAc növbəti erməni saxtakarlığını üzə çıxarıb. Belə ki, İraq Ali İslam Şurasının rəsmi mətbu orqanı olan "əl-İstiqamə” qəzetində dərc olunmuş məqalədə 20 Yanvar faciəsində öldürülmüş azərbaycanlıların fotoşəkli guya bir əsr bundan əvvəl törədilmiş "erməni soyqırımı” qurbanları kimi təqdim olunub.

Eyni fotoşəkil, həmçinin uydurma "erməni genosidi”nin yüz illiyinin qeyd edilməsi üçün yaradılmış təşkilatın Qahirə komitəsinin Facebook səhifəsində də yerləşdirilib.

Qeyd edək ki, bu fotoşəkil 1990-cı il yanvarın 20-də AzərTAc-ın fotomüxbiri Oqtay Məmmədov tərəfindən çəkilib və onun originalı agentliyin arxivində saxlanılır.

Əslində, "genosidi” bu cür saxta "dəlil-sübutla” əsaslandıran ermənilər fərqinə varmadan onu inkar etmiş olurlar. Təsəvvür edin, mediada bir hadisənin yüzilliyindən bəhs edir və həmin məqalədə Azərbaycan xalqının tarixinə 25 il əvvəl qanla yazılmış 20 Yanvar faciəsini əks etdirən fotonu yerləşdirirlər. Bundan daha böyük saxtakarlıq nə ola bilər?

Ermənilərin belə açıq-aşkar saxtakarlığa əl atması birinci dəfə deyil. Üzdəniraq erməni təbliğatçıları bundan əvvəl 1918-ci ildə Şamaxıda, Qubada azərbaycanlılara qarşı törədilmiş soyqırımların, 1992-ci il Xocalı qətliamının fotolarını qondarma "erməni genosidi”nin izləri kimi təqdim ediblər.

Bu sahədə "ixtisaslaşmış” erməni "mediabazlar”ı "soyqırım” azarına tutulmuş və yaxud yoluxdurulmuş sadə erməniləri aldatmaqla kifayətlənmir, eyni zamanda, dünya ictimaiyyətində özlərinin psevdofaciələrinə mərhəmət hissi oyatmağa və ondan öz məkrli məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma onların bütün bu cəhdlərinə baxmayaraq, həqiqət hər zaman öz yerini tapır.

ANN.Az



Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol