• $
  • €
  • ₽
  • ₺
  • £

67 yaşlı azərbaycanlı “Ginnesin rekordlar kitabı”na iddialıdır

67 yaşlı azərbaycanlı “Ginnesin rekordlar kitabı”na iddialıdır
11.01.2015 15:00
Masallı sakini Ələmdar Əliyev "Ginnesin rekordlar kitabı”na düşmək iddiasındadı. 


Masallı rayonunun Hişkədərə kəndində yaşayan Ələmdar dayının 67 yaşı var. Dünyaya göz açarkən qusurlu doğulduğundan anası ondan imtina edib. Övladının yaşamasını arzulamayan ana, onu qışın oğlan çağında həyətyanı sahədə qarın içinə atıb. Yeni doğulan körpənin üç gün qar üzərində qalaraq ölmədiyini görən valideynlər uşaqdan imtina etməkdən əl çəkiblər.


Ələmdar kişi ilin bütün fəsillərində soyuq suda çimdiyini, amma  bir dəfə də xəstələnmədiyini deyir. Dənizdə çiməndən sonra o, özünü gümrah,  rahat və yüngül  hiss etdiyini bildirir. İndi onun ən böyük arzusu "Ginnesin rekordlar kitabı”na düşməkdir. Ağsaqqal  bu istəyinə nail olmaq üçün illərdir ki, qarlı-şaxtalı havada  Xəzər dənizinə baş vurur.


Ələmdar Əliyev hazırda Masallı rayon Telekommunikasiya qovşağında montyor işləyir. İş yoldaşlarının sözlərinə görə, Ələmdar kişi ən soyuq havada belə istənilən hündürlüyə qalxır və rabitə sahəsində qış aylarında baş verən problemləri dərhal və hamıdan əvvəl aradan qaldırır.


Qeyd edək ki, havanın temperaturu mənfi 3-4 dərəcə olmasına baxmayaraq,  Ələmdar Əliyev həftədə bir neçə dəfə Xəzər dənizində çimir.
 
ANN.Az
 




Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol