• $
  • €
  • ₽
  • ₺
  • £

“Bayıl” filialı yeni ünvanda- müştərilərə daha yaxın

“Bayıl” filialı yeni ünvanda- müştərilərə daha yaxın
12.01.2015 15:18
İndi "20-ci sahə” yaşayış massivi, Sahil, Lökbatan, Bayıl, Badamdar qəsəbələrinin və paytaxta yaxın rayonların sakinləri Unibank-ın xidmətlərindən çox rahat şəkildə istifadə edəcəklər.

Çünki bankın 9 saylı filialı ("Bayıl”) daha geniş ofisdə fəaliyyətini davam etdirir. Müştərilərə xidmətin keyfiyyətini yüksəltmək və bank məhsulları və xidmətləri ilə daha yüksək səviyyədə təmin etmək üçün, "Bayıl” filialının köçdüyü yeni ünvan əvvəlki ünvandan çox da uzaq deyil. Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsi, bina 19-da (74-cü mədənin ərazisi) yerləşən filial, avtobus dayanacağına yaxındır və müştərilər vaxt itirmədən bir neçə dəqiqəyə filiala müraciət edə bilərlər. "Azpetrol” YDM və Səbail DYP-nin yaxınlığında yerləşən filial, Salyan şossesinin üzərində yerləşməklə, yaxın rayonların əhalisi üçün də çox münasib ünvandadır.

9 saylı filial yeni ünvanda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərir. Vətəndaşlar filialdan nağd kreditlər və mikro kreditlər götürə bilərlər. Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyən hər kəs həftənin 6 günü səhər saat 09.00-dan 17.00-dək "Bayıl” filialına müraciət edə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank-hər kəsin bankı

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol