• $
  • €
  • ₽
  • ₺
  • £

5 bank bağlanır: pullarımız batacaq?

5 bank bağlanır: pullarımız batacaq?
13.01.2015 10:42
"Azərbaycanda 5 bankın bağlanacağı ilə bağlı ötən ilin sonlarında məlumat yayılsa da, 2015-ci il başlayandan Mərkəzi Bank hansı bankların bağlanacağı ilə bağlı açıqlama vermədi”.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın bu yanaşması doğru deyil:

"Mərkəzi Bank rəsmi olaraq 5 bankın bağlanacağını bildirir və həmin bankların adları ictimaiyyətə açıqlanmır. Eyni zamanda müddət başa çatdıqdan sonra vətəndaşların məlumatlandırılmasına ehtiyac var ki, vətəndaşlar bankların taleyi ilə bağlı narahat olmasınlar. Təəssüf ki, bunlar olmadı. Bu müddət başa çatdığı üçün vətəndaşların məlumatlandırılmasına ehtiyac var”.

V.Bayramov bildirib ki, əmanətlərin qaytarılmasında ciddi problem olmayacaq. Ekspert qeyd edib ki, sözügedən 5 bankın ümumi bank kapitalı 1 faizdən çox deyil və həmin banklarda olan əmanətlərin qaytarılması Mərkəzi Bankın müəyyənləşdirdiyi digər banklar vasitəsilə həyata keçiriləcək:

"Həmin banklarda əmanəti olan vətəndaşlar Mərkəzi Bankın müəyyənləşdirdiyi banklara müraciət edərək depozitlərini almaq imkanına malikdirlər. Həmin bankların depozitlərinin strukturu ilə bağlı məlumat yayılmır. Güman olunur ki, həmin banklarda da böyük məbləğdə vəsaitlər var. Həmçinin həmin banklarda yalnız sığortalanan deyil, eyni zamanda sığortalanmayan əmanətlər var. Sığortalanmayan əmanətlərin taleyi birbaşa həmin bankların aktiv və passivlərindən asılı olacaq. Həmin bankların aktivləri passivlərindən çoxdursa, o zaman sığortalanmayan əmanətlərin qaytarılmasında problem olmayacaq. Bankların borcları aktivlərindən çoxdursa, o zaman əmanətlərin qaytarılması ilə bağlı problemlərin olacağı istisna edilmir. Ona görə də Mərkəzi Bankın vətəndaşları məlumatlandırması və vətəndaşlarda banklara olan inamın azalmamasına nail olması olduqca vacibdir. Banklarda əmanətləri olan vətəndaşlar arasında narazılığın olmasına baxmayaraq, hələ ki, Mərkəzi Bank susmağa üstünlük verir”.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol