• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bank satıldı - 38 milyon manata

Azərbaycanda bank satıldı - 38 milyon manata
14.01.2015 14:10
Bir müddət öncə lisenziyası bərpa olunan "Kövsər Bank"ın səhmlərinin böyük hissəsi şirkətlərdən birinə satılıb.

ANN.Az marja-ya istinadən xəbər verir ki, dekabrın 25-də Bakı Fond Birjasında "Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasının Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group” ASC-nin aldığı bildirilir.

"Synergy Group” ASC-nin İdarə Heyətinin sədri  Kamran Abbasov bu barədə məlumat verə bilməyəcəyini deyib: "Biz 3 ildir bank almaq istəyirdik. Amma hazırda "Kövsər Bank” barədə Sizə bir məlumat verə bilməyəcəm. Səhmdarlar ilə danışdıqdan sonra əlavə məlumat təqdim edərəm”

"Marja” öz kanalları vasitəsilə məlumatın doğru olduğunu müəyyənləşdirib.

Qeyd edək ki, bir müddət əvvəl  "Kövsər Bank” İdarə Heyətinin sədri Heydər İbrahimov bildirmişdi ki, "Kövsər Bank” səhmlərinin 76%-ni kənar investora satıb.  Onun sözlərinə görə, səhmləri alan ölkədaxili investordur: "Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir”.

Dekabrın 25-də Bakı Fond Birjasında "Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasının yerləşdirilməsi nəticəsində Bankın nizamnamə kaitalı 12.02 milyon manatdan 50.02 milyon manata yüksəlib.

Azərbaycan Mərkəzi Bankı (AMB) "Kövsər Bank”ın lisenziyasını bu ilin aprelində bərpa etmişdi. "Kövsər Bank” ASC 1989-cu ildə "Universal Bank” kimi yaradılıb. "Kövsər Bank” islam bankçılığı prinsipləri üzrə fəaliyyət göstərirdi və faizlə kredit vermirdi. Bankın prinsipini dəyişib-dəyişməyəcəyi məlum deyil.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol