• $
  • €
  • ₽
  • ₺
  • £

Orta məktəblərdə yenilik

Orta məktəblərdə yenilik
14.01.2015 15:58
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri Təhsil Nazirliyi tərəfindən ayrılmiş iki liseydə 6-dan yuxarı siniflərdə oxuyan şagirdlərə dərs deyəcəklər.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA prezidenti Akif Әlizadəbu gün keçirdiyi mətbuat konfransında deyib. Akademiya prezidenti bildirib ki, artıq bununla bağlı Təhsil Nazirliyi ilə razılıq əldə edilib.

Onun sözlərinə görə, TN tərəfindən ayrılmış liseylər gənc alimin hazırlanması üçün tələb olunan elm zəncirinin qırılmamasına imkan verir: "Әgər magistraturaya, doktoranturaya qəbul aparırıqsa, onda bu zəncirdə lisey-gimnaziya mərhələsi nəzarətsiz qalırdı. Bu baxımdan Təhsil Nazirliyi ilə danışılıb. Artıq razılaşmaya əsasən, Təhsil Nazirliyi tərəfindən AMEA-ya 2 lisey ayrılıb. Akademiyanın alimləri 6-cı sinifdən yuxarı siniflərdə müxtəlif istiqamətli təhsil keçəcəklər. Alimlər ora gedib liseydə hansı formada iştirak edə biləcəklərini müəyyənləşdirməlidirlər. Bununla bağlı hazırda danışıqlar aparılır".

A.Әlizadə deyib ki, hələlik akademiyanın universiteti yoxdur. Buna görə də həmin şagirdlər bakalavr pilləsində oxuduqdan sonra AMEA- da magistrtura, doktoratura pilləsində oxuya biləcəklər.

AMEA prezidenti deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura pilləsinə qəbul əvvəlki illərlə müqayisədə kəskin surətdə azaldılıb: "Çünki az olsun keyfiyyətli olsun. Bu il 100-120 nəfər qəbul edilib. Plan əsasən yerinə yetirilib".

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol