• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı kirayə mənzillərin qiymətləri

Bakıdakı kirayə mənzillərin qiymətləri
14.01.2015 17:38
2014-cü ilin dekabr ayında kirayə mənzil bazarında təklif olunan mənzillərin əksər hissəsi, noyabr ayında təklif olunan mənzillərə nisbətən daha kiçik sahəyə malik olan mənzillər olub. Ümumilikdə, bazarda aktivliyin azalması davam etməkdədir.
 
ANN.Az "MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupuna istinadən xəbər verir ki, sözügedən ayda qiymətlər 970 $/mənzildən -12,89% azalaraq 845 $/mənzil dəyərində qərarlaşıb. Bazarda əməliyyatların sayı isə 145-dən -1,38% azalaraq 143 ədəd təşkil edib. Hər kv.m-ə görə isə kirayə haqqı 1,13% artaraq 11,47 $/kv.m-dən  11,6 $/kv.m-ə yüksəlib.
 
Qeyd edildiyi kimi, nəzərə alsaq ki, dekabr ayında bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində nisbətən azalma qeydə alınıb, o zaman hər mənzilə görə qeyd edilən azalmanı bazar şərtlərinə uyğun hesab etmək olar. Dekabr ayında təklif portfelində orta qiymətə (500$-1000$ aralığında) olan kirayə evlərinin payı 52,92% ilə üstünlük təşkil edib. Bahalı evlərin (aylıq kirayə haqqı 1000$-dan yuxarı) payı bazarda 28,1%, ucuz evlərin (aylıq kirayə haqqı 500$-a qədər) payı isə 18,98% qeydə alınıb.
Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olmuş, tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib.

2014-cü ilin dekabr ayında kirayə mənzil bazarında təklifin həcmi 1% artaraq 274 mənzil təşkil edib. Ümumilikdə aktivliyin son aylarda dəyişməz olaraq zəif qalmasının əsas səbəbini qeyri-mövsümi ayların olması ilə əlaqələndirmək olar. Nəzərə alsaq ki, qış aylarında tikinti sektorunda olan durğunluq nəticəsində Bakıya kənar şəhərlərdən gələn və kirayə evlərə ehtiyacı olan işçilərin azlıq təşkil etməsi, bu segmentin zəifləməsinə gətirib çıxarıb.
Noyabr ayından fərqli olaraq dekabr ayı ərzində xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol