• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisad Universiteti 5 fakültə üçün dekan axtarır - SİYAHI

İqtisad Universiteti 5 fakültə üçün dekan axtarır - SİYAHI
16.01.2015 11:35
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) 5 fakültədə vakant dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu sıraya universitetin iqtisadiyyat və sənaye, maliyyə, biznes inzibatçılığı, beynəlxalq iqtisadi münasibətlər və kommersiya fakültələri aiddir.

ADİU-da dekan vəzifəsi ilə yanaşı, kafedralar üzrə boş olan vəzifələrə görə də elan verilib.

Qeyd olunan vəzifələri tutmaq üçün müsabiqədə yalnız mövcud əsasnamənin tələblərinə uyğun namizədlər iştirak edə bilərlər. Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarının təsdiqi barədə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən iddiaçılar ərizələrinə kadrlar uçotunun şəxsi vərəqəsini, tərcümeyi-halı, ali təhsil (baza təhsili) haqqında diplomun surətini, elmi dərəcə haqqında diplomun surətini, elmi ad haqqında diplomun surətini, eləcə də elmi və elmi-metodik işlərin siyahısını əlavə etməlidirlər.

Sənədlər fevralın 24-dək qəbul olunacaq. Müsabiqədə iştirak etmək üçün sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə universitetin əsas binasında II mərtəbəyə aidiyyəti şöbəyə təqdim olunmalıdır.

Qeyd edək ki, 2014-cü il martın 5-də prezident İlham Əliyevin sərəncamı ilə Ələkbər Muradov ADİU-nun rektoru vəzifəsinə təyin edilib. O, rektor təyinatından sonra ali məktəbdə bir sıra islahatlar həyata keçirib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol