Bakıda ağac "soyqırımı" - FOTO

Paytaxtda daha bir ağac kəsimi faktı aşkarlanıb.
ANS PRESS-in "qaynar xətt"inə daxil olan məlumata görə, Xətai rayonu, Sarayevo küçəsində iri şam ağacları kəsilib. Oxucularımızın bildirdiyinə görə, kəsilən ağacların kötüyü torpaqla örtülərək gizlədilməyə çalışılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, sözügedən ərazidə 8 şam ağacı kəsilib və bu faktla bağlı nazirlik artıq hərəkətə keçib:
"Bizim nazirliyin əməkdaşları həmin ərazidə olublar və ağac kəsimi faktını müəyyən ediblər. ETSN əməkdaşları Xətai rayonu, Sarayevo küçəsində 8 şam ağacının kəsilməsi faktı ilə bağlı təqsirkarların tapılması üçün aidiyyatı orqanlara müraciət ediblər. Hazırda faktla bağlı araşdırma aparılır".
Nazirlik rəsmisi qeyd edib ki, ETSN əməkdaşları tərəfindən faktla bağlı akt tərtib olunub.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi