• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan planşet istehsal edəcək

Azərbaycan planşet istehsal edəcək
16.01.2015 16:31
Bir neçə aydan sonra Azərbaycanın ən populyar planşeti yerli məhsul olacaq, "iPad”lar və "Galaxy”lərin indiki populyarlığı bir qədər arxa plana keçəcək.

Buna Mingəçevir elektron avadanlıqları istehsalı müəssisəsinin hazırda Tayvan şirkətləri ilə gerçəkləşdirmək istədiyi layihə imkan yaradacaq.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə müəssisənin baş direktoru Rizvan Osmanov  bildirib.

"Biz hazırda bazarı öyrənərək noutbuk, yoxsa planşet istehsalının daha rentabelli olmasını öyrənirik”. Onun sözlərinə görə, zavodun məhsulları artıq 10 ilə yaxındır ki, Azərbaycan ailələrinə xidmət edir: "Bu, onun məhsullarının satışında problem olmayacağını ehtimal etməyə imkan verir”.

Rizvan Osmanovun sözlərinə görə, layihədə böyük ehtimalla planşet istehsalına üstünlük veriləcək: "Çünki müəssisəmiz noutbuklarla müqayisədə iki dəfə çox planşet istehsal edə bilər. Termiki sınaq kamerasında sutka ərzində iki dəfə çox planşet yoxlamaq mümkündür, yəni ildə 10 minə yaxın planşet istehsal etmək mümkün olacaq”,- deyə baş direktor vurğulayıb.

"Qiymətlər əlverişli olacaq ki, bu da Azərbaycan istehlakçısının, xüsusilə məktəblilərin ucuz qiymətə keyfiyyətli kompüter almasına şərait yaradacaq. Belə ucuz və keyfiyyətli kompüterlərin geniş yayılması ölkədə elektron hökumətin tətbiqini də sürətləndirəcək”- deyə o vurğulayıb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol