• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şirkəti “Rəqəmsal kənd” layihəsinə dəstək verir

Bakcell şirkəti “Rəqəmsal kənd” layihəsinə dəstək verir
16.01.2015 17:35
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, "SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası ilə birlikdə "Rəqəmsal kənd” layihəsinin icrasına başlayıb.  

Layihənin məqsədi "SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının himayəsində yaşayan uşaqların müasir informasiya-kommunikasiya texnologiyalarından və İnternet resurslarından istifadəsinə şərait yaratmaqdır. Layihə uşaqların İnternet məkanından resurs kimi istifadə edərək lazımi məlumatlara çıxışını təmin edəcək, həmçinin onlara ev tapşırıqlarını yerinə yetirmək və əlavə biliklər əldə etməkdə dəstək olacaq.    

Bu məqsədlə Bakcell şirkəti Bakı və Gəncə şəhərində yerləşən SOS kəndlərində uşaqların yaşadığı bütün evləri ən yeni kompüter avadanlığı ilə təchiz edib. Hər iki uşaq kəndində Wi-Fi infrastukturu qurulub. Bununla yanaşı, uşaqların İnternetə təhlükəsiz çıxışını təmin etmək məqsədilə məzmunun filtirlənməsi həyata keçirilib.

"Rəqəmsal Kənd” layihəsi "SOS Uşaq Kəndləri”nin fəaliyyət göstərdiyi bütün ölkələrdə həyata keçirilir.

Qeyd edək ki, "SOS”la Bakcell şirkəti arasında əməkdaşlıq 2009-cu ildən başlayıb. "Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində indiyə kimi 4 birgə layihə həyata keçirilib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol