• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev kimlərin maaşını artırdı?

Prezident İlham Əliyev kimlərin maaşını artırdı?
16.01.2015 19:31
Təhsil Nazirliyi prezidentin sərəncamı ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi Azərbaycanda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının 2 dəfə artırılması barədə Azərbaycan prezidentinin bu gün imzaladığı sərəncamla bağlı rəsmi açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, bu sərəncam diaqnostik qiymətləndirməyə cəlb olunan 30 minə yaxın müəllimə şamil olunacaq. Bu sərəncamdan irəli gələrək məktəblərdə dərs yükü norması 12 saatdan 18 saata qaldırılacaq. Sərəncam sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil ediləcək.

Bu sərəncam müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək: "Bildiyimiz ki, Azərbaycan dövləti sosial sahəni prioritet elan edib. Prezidentin bu sərəncamı humanist addımdır. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, müəllimlərin maaşlarının artırılması hesabına müəllimlərimizin dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları 2 dəfə artırılacaq. Bu tədbir Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası sənədindən qaynaqlanır. Bu sənədə uyğun olaraq ötən ilin yayında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirlməsi həyata keçirilib".
 
 
ANN.Az
 
 


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol