• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücü avtobusu müfəttişin üstünə sürdü - VİDEO

Sürücü avtobusu müfəttişin üstünə sürdü - VİDEO
29.05.2020 06:37
Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisinin əmkdaşları qanunsuz sürücülük fəaliyyəti göstərən şəxslərə qarşı reyd keçiriblər. 

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, reyd zamanı sürücü ilə nəqliyyat müfəttişi arasında mübahisə yaranıb. 

Səbəb qanunsuz idarə etdiyi avtobusdan düşmək istəməməsidir. Sumqayıt-Bakı istiqamətində, heç bir lisenziya almadan, sürücülük vəsiqəsiz, sərnişindaşıma ilə məşğul olan şəxs nə nəqliyyat nazirliyinin, nə də hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe oldu. Əksinə onlarla sözün əsl mənasında söz güləşdirərək bölməyə aparıldı.

Masallıdan Sumqayıta qanunsuz idarə etdiyi avtobusla sərnişin çatdırmaq istəyən digər sürücünün istəyi isə ürəyində qaldı. Çünki onun müvafiq sənədləri yox idi. Buna görə də sürücü 100 manat məbləğində cərimə edildi.

Bundan başqa Nəqliyat Nazirliyi və Dövlət Yol Polisi, qanunsuz sürücülük fəaliyyəti göstərən şəxsi saxladılar. Digərlərindən fərqli olaraq bu sürücü isə kiçik tutumlu avtobusunu nəqliyyat müfəttişlərinin üzərinə sürdü.

Reyd zamanı sürücülük vəsiqəsi, lisenziyası qaydasında olmayan daha bir avtobus saxlanılsa da, sürücü sərnişinlə dolu avtobusun açarını da götürüb ərazidən uzaqlaşdı. Sərnişinlərsə Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən avtobusdan çıxarıldı.

Bəzi sükan arxasına əyləşənlərsə, nazirlik əməkdaşlarına nəqliyyat vasitəsinin açarını təqdim etməsə də, bu, onları xilas etmədi. Avtomaşınları cərimə meydançasına aparıldı.

Sumqayıt Regional şöbəsinin sektor müdiri Məzahir Piriyev sözlərinə görə, avtomobilləri idarə edən sürücülərin bəzilərinin sürücülük vəsiqəsi, texniki pasportu yoxdur: "Bəzilərinin isə sürücülük dərəcələri yoxdur. Bunlar sərnişinlər üçün çox böyük təhlükə yaradır. Onun görə də, bu cür sürücülərə qarşı mütəmadi olaraq reydləri davam etdiririk. Onlara qarşı inzibati qaydada protokul tərtib olunur”. 

Sektor müdiri onu da bildirdi ki, bu cür reydlər ayın sonuna qədər davam edəcək.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol