• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda hamilə qadın oğurluğu

Bakıda hamilə qadın oğurluğu
18.01.2015 16:00



"Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, yanvarın 15-də polisə müraciət edən 1992-ci il təvəllüdlü Hənifəzadə Səbinə Rafiq qızı başına gələn hadisəni nəql edib. 23 yaşlı zərərçəkən bildirib ki, yanvarın 14-də saat 21:40 radələrində Nizami küçəsində tanımadığı bir qadın ona yaxınlaşıb. 30-35 yaşlı həmin qadın S.Hənifəzadəyə hamilə olduğunu deyib və maddi kömək etməsini xahiş edib. S.Hənifəzadə də öz növbəsində çantasındakı pulqabını götürərək həmin şəxsə 1 manat verib. 


Zərərçəkmiş əlavə edib ki, bir qədər irəliyə gedərək 61 saylı xətt üzrə hərəkət edən avtobusa minib və burada pulqabına baxıb. Amma məlum olub ki, pulqabından 100 manat götürülüb.


Şikayətçi pullarının məhz ona yaxınlaşan qadın tərəfindən götürüldüyünə əmin olduğunu və həmin şəxsin onun gözünü oğurlayaraq bunu etdiyini deyib.


Müraciət əsasında araşdırmalar davam etdirilir.
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol