• $
  • €
  • ₽
  • ₺
  • £

Əmanətlərdən vergi tutulmasına hazırlıq başladı

Əmanətlərdən vergi tutulmasına hazırlıq başladı
19.01.2015 12:25
Azərbaycan Mərkəzi Bankı və Vergilər Nazirliyi əhali əmanətləri üzrə gəlirlərdən vergilərin tutulmasının metodologiyasının müəyyən edilməsi ilə bağlı işçi qrup yaradacaqlar.
 
ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bank dairələrindən bildiriblər.

Qeyd edək ki, əmanətlərin gəlirlərinə vergilər 2015-ci ildən hesablanan faizlərə aiddir. 1999-cu ildən Azərbaycanda bankalarda və başqa kredit təşkilatlarında əhalinin əmanətləri üzrə vətəndaşların gəlirlərindən gəlir vergisinin tutulmasına moratorium qüvvədə idi. Ancaq 2014-cü ilin sonunda moratoriumun müddəti başa çatdı və onun uzadılmamasına dair qərar qəbul edilib.
Hazırda gəlirin alınması dövründən asılı olaraq verginin hesablanılması mexanizmi ilə əlaqədar qeyri-müəyyənlik mövcuddur: dividendlər il ərzində və ya bank və müştəri arasında bağlanmış müqaviləyə uyğun olaraq təqvim ilinin nəticəsinə görə ola bilər.

Bundan başqa, Vergi Məcəlləsinə düzəlişlərlə əlaqədar banklar uçotun aparılması ilə bağlı proqram təminatına dəyişikliklər etmək niyyətindədirlər. Həmçinin verginin tutulmasının yeni funksiyasını da tətbiq etmək lazım gələcək.

Hazırda bankların nümayəndələri yeni düzəlişlərin nəyə gətirib çıxara biləcəyinə cavab verməyə çətinlik çəkirlər. Ancaq müştərilərin öz əmanətlərini kütləvi şəkildə geri götürməsinə gətirib çıxaracaq müəyyən risk mövcuddur, söhbət xüsusilə böyük əmanətçilərdən gedir. Buna görə də bəzi banklar artıq indidən əmanətlər üzrə dividendlərdən tutulan verginin kompensasiya variantlarını nəzərdən keçirirlər.
Məsələn, "NIKOIL BANK" əmanətlərdən gələn gəlirə verginin tutlmasının qismən kompensasiyasının mexanizminə baxır. Lakin bankın İdarə Heyətinin sədri Vasili Xamaz bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklərlə əlaqədar, bankdan əmanətlərin çıxardılması hallarının çoxaldığı müşahidə olunmur.

"Expressbank"-ın maliyyə departamentinin direktoru Anar Hacızadənin sözlərinə görə, əmanətlərdən gəlirlərə verginin tətbiqinin müştərilərin əmanətlərini çıxarmasına təsir edəcəyi gözlənilmir: "Əmanətçilər arasında hansısa narazılıqlar ola bilər, lakin bunun bankdan kütləvi uzaqlaşma ilə nəticələnəcəyini gözləməyə dəyməz. Məntiqi mülahizəyə görə, adamlar pullarını harada saxlamalıdırlar [söhbət iri əmanətçilərdən gedir]? Onlar ya öz bizneslərini qurmalı, ya da onları banklarda saxlayaraq vergi ödəməlidirlər".
 
ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol