• $
  • €
  • ₽
  • ₺
  • £

“Axırıncı dəfə deyirəm, bu, korrupsiyadır” – Nazirdən xəbərdarlıq

“Axırıncı dəfə deyirəm, bu, korrupsiyadır” –  Nazirdən xəbərdarlıq
19.01.2015 16:58
Rabitə və yüksək informasiya texnologiyalar naziri Əli Abbasov xəbərdarlıq edib.

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, nazir "Aztelekom” və Bakı Telefon Rabitə İstehsalat Birliklərinin (BTRİB)-in fəaliyyətini tənqid edib. Stasionar telefon operatorlarının fəaliyyətini tənqid edən nazir Əli Abbasov mənzillərə telefon və internet xətlərinin çəkilişi zamanı bir sıra qanunsuzluqlara yol verlidiyini deyib. Nazir bildirib ki, vətəndaşlardan daxil olan şikayətlər əsasən rüşvətxorluq halları ilə bağlıdır. O hər bir kiçik hadisənin Baş Prokurorluğun Korrupsiya İdarəsi tərəfindən tənzimləndiyini bildirib.

Əli Abbasovun fikrincə, "Aztelekom” və BTRİB-nin fəaliyyətində digər çatışmazlıq geniş zolaqlı internetin çəkilişi prosesində özəl şirkətlərin fəaliyyətinin az olmasıdır. Bunun səbəbi isə sözügedən qurumların şirkətlər arasında ayrıseçkilik etməsidir. "Hansı şirkətlərsə "Aztelekom” və BTRİB -in rəhbərliyi tərəfindən dəstəklənir. Hansısa maraqlara görə, bu şirkətlərə daha çox imkan yaradılır. O birisilərə isə yaradılmır. Bilmirəm. Mən sizə axırıncı dəfə deyirəm bu korrupsiya elementidir. Burada özgətirəlik olmamalıdır”.

Nazir onu da qeyd edib ki, bu cür faktların araşdırılması üçün audit komissiyası yaradılır. Bu komissiya həmin qurumların əhali ilə apardığı danışıqları qeydə alacaq. Bunun əsasında vətəndaşlar tərəfindən daxil olan şikayətlər araşdırılacaq.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol