• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda siqaret qadağası

Azərbaycanda siqaret qadağası
19.01.2015 17:13
Qapalı məkanlarda siqaret çəkməyi qadağan edən qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarıla bilər.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib.

O, qeyd edib: "Qapalı məkanlarda tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsini Milli Məclisin yaz sessiyasına təqdim etməyi nəzərdə tuturuq. Bilirsiniz ki, biz ictimai yerlərdə siqaret çəkməyin qadağan olunmasını hissə-hissə həyata keçirməyin üstündə dayandıq və bu da yaxşı nəticələr verdi. İlk olaraq bir neçə il bundan əvvəl ictimai nəqliyyatda siqaret çəkməyi qadağan edən qanun qəbul etdik. Bu qanun artıq işləyir. Daha sonra cənab Prezidentin sərəncamı ilə İçərişəhərdə siqaret çəkmək qadağan olundu. Bundan əlavə, ötən ilin sonuncu iclasında Vergi Məcəlləsinə əlavə və dəyişikliklər oldu, tütün məmulatlarına aksiz vergiləri qaldırıldı və onun qiymətləri artırıldı”.

M.Quliyev deyib ki, növbəti addım da "Qapalı məkanlarda tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbul olunması olacaq: "Qanun layihəsində əsas məsələ cərimələrin tətbiq edilməsi deyil, maarifləndirmə məsələsidir, tütünsüz mühit yaradılması məsələsidir ki, insanlar, xüsusən də uşaqlar, yeniyetmələr tütün tüstüsü ilə kontaktda olmasın ki, onlarda da siqaretə meyillilik yaranmasın”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol