• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən xəbərdarlıq - VİDEO

Yol polisindən xəbərdarlıq - VİDEO
20.01.2015 09:45
BŞDYPİ-nin rəsmisi Vaqif Əsədov alternativ yollardan danışdı

Şəhidlər Xiyabanına gedən bir çox yollarda məhdudiyyət var.

ANS PRESS-in məlumatına görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ANS TV-yə açıqlamasında bildirib.

Artıq əhali yavaş-yavaş xiyabana gəlməyə başlayıb. BŞDYPİ-nin rəsmisi Vaqif Əsədovun sözlərinə görə, bu məqsədlə paytaxtın Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətində olan bütün küçə və yollardan avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib.

"İlk olaraq Mehdi Hüseyn küçəsi 1 (yəni Teleteatr inzibati binasının) yanından, ikincisi isə M.Müşfiq küçəsinin H.Cavid prospekti kəsişməsindən, üçüncüsü M.Müşfiq dairəsinin Mətbuat prospekti kəsişməsindən, eləcə də A.Abbaszadə, İzzət Nəbiyev və digər kəsişən küçələrdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib” – deyə V.Əsədov qeyd edib.

O, həmçinin alternativ yolları da sürücülərin nəzərinə çatdırıb: "Məhdudiyyət qoyulan yolların əvəzinə paytaxtın Neftçilər prospekti ilə Bayıl qəsəbəsi və yaxud 3-cü kənar dairəvi yolla istənilən istiqamətə hərəkət etsinlər”.

Həmçinin əhalidən xahiş olunur ki, mərasimə qoşulmaq istəyənlər şəxsi avtomobildən deyil, ictimai nəqliyyatdan istifadə etsinlər.

Qeyd edək ki, bu gün Şəhidlər xiyabanına gələn avtobuslarda nəqliyyat pulsuzdur.

ANN.Az
 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol