Cəbhədə atışma: bir erməni əsgəri öldü

Yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.
ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin
yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı
tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri
çəkilməyə məcbur edilib. Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.
Nazirlik bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri bütün
cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən
təxribatının qarşısını almağa hər an hazırdır.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























