• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu adları uşaqlara qoymaq qadağan olundu - Siyahı

Azərbaycanda bu adları uşaqlara qoymaq qadağan olundu - Siyahı
21.01.2015 14:20
"Azərbaycandakı ad və soyadların milliləşdirilməsində əvvəlki illərlə müqayisədə inkişaf var. Soyad sonluqlarının dəyişdirilməsi daha çox nəzərə çarpır”.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.   O qeyd edib ki, soyad formalarının dəyişdirilməsinə maraq artıb, vətəndaşlar daha çox  "-lı” şəkilçisi ilə olan formaya və şəkilçisiz formaya üstünlük verir: "Ümumi ictimai fikrə əsaslansaq, milliləşmə prosesinin sürətləndiyini qeyd edə bilərik.  

2-3 il əvvəl ölkəmizdə islam dinini tərənnüm edən adlara üstünlük verilsə də, bu sayda azalma müşahidə edilir. Daha çox türk mənşəli adlara üstünlük verildiyini görürük. Bu sırada Türkiyədən gələn adlar da çoxdur”.

"Keçmişdə uşaqlara verilən qəribə adlara indi də rast gəlinirmi” sualına cavab olaraq Mədəniyyət komitəsinin sədri deyib ki, həmin adlar, eyni zamanda həddindən artıq sosialist məzmun daşıyan adlar qəti şəkildə aradan qalxıb.  

Nizami Cəfərov onu da vurğulayıb ki, Həsənqulu, Hüseynqulu kimi ikimərtəbəli adların uşaqlara verilməsi də aradan götürülüb. "Bu adlarla bağlı qadağa olmasa da, tövsiyə olunmur”.

Onun sözlərinə görə, Azərbaycanda uşaqlara verilməsi qadağan olunan adlar var: "Həmin adlar təhqir məzmunlu, kiçildici məna bildirən adlardır. Hitler adının qoyulması da qadağandır”.  

Atatürkün adının uşaqlara verilməsinə qadağa qoyulmasına gəlincə, Nizami Cəfərov deyib ki, bu adla bağlı konkret qadağa olmasa da, qoyulması məsləhət görülmür: "Atlıtürk, Ulutürk adları da həmin sıradadır. Fikrimcə, qadağa olmasa da, bu cür adları uşaqlara qoymaq olmaz”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol