• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan filmi daha iki beynəlxalq kinofestivalda

Azərbaycan filmi daha iki beynəlxalq kinofestivalda
23.01.2015 13:20
Tanınmış rejissor Şamil Əliyevin "Çölçü” bədii filmi daha iki beynəlxalq kinofestivalın əsas müsabiqəsində iştirak edəcək.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, rejissor bildirib ki, Hindistanda keçiriləcək "II Noida Beynəlxalq film festivalı-2015”də "Çölçü” ən yaxşı bədii film, rejissor, ssenari yazarı, operator, aktyor və aktrisa və digər nominasiyalarda yarışacaq.

Mükafatlar 2015-ci il fevralın 14-də təqdim olunacaq.

"Çölçü” filmi, həmçinin 2015-ci il martın 6-dan 15-dək Avstraliyanın Bayron Bey şəhərində keçiriləcək IX Bayron Bey Beynəlxalq film festivalında (Byron Bay International Film Festival) bir neçə mükafat üçün yarışacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyasında lentə alınmış "Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.

Qeyd edək ki, dünyanın 5 qitəsini gəzərək bir neçə mükafat və diplomlara layiq görülən "Çölçü” bədii filmi bu festivallara qatılmaqla indiyədək sayca 27 beynəlxalq kinofestival və forumlarda iştirak etmiş olacaq.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol